Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1538/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə ermənistan respublikası, amasiya rayonunda anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2(006)-1761/2006 saylı icra sənədi üzrə borclu Şəxs tərəfindən həmin icra sənədi üzrə tələb icra olunmur. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru A.T.Hümbətov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2(006)- 1761/2006 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş və Şəxs 16.340 (on altı min üç yüz qırx) ABŞ dolları məbləğində pul ödənilən zaman Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla alınaraq K.B.Səfərov verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, sonuncuya xəbərdarlıqlar edilmiş borclunun əmlak vəziyyəti ilə bağlı sorğular göndərilmiş, lakin onun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə bugünədək borclu Şəxs tərəfindən heç bir ödəniş olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru A.T.Hümbətov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbkar S.Ə.Məmmədova borcun ödənilməsində maraqlıdır. Lakin bu günədək borclu Şəxs tərəfindən İcra sənədi üzrə heç bir ödəniş olmamışdır. Həmin borc üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 306-cı maddəsi ilə borclu 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və dörd dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-3628/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədindən məlumatı var. Həmin borc üzrə o, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və dəfələrlə inzibati məsuliyyətə cəlb olunmuşdur. Onun borcunu tam ödəməyə imkanı yoxdur. Bügünədək icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Hal-hazırda bu borcu ödəməyə imkanı çatmır və onun adına hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar K.B.Səfərov öz izahatında göstərmişdir ki, hal-hazırda borcludan şikayətçidir və borcun ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2(006)-1761/2006 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş və Şəxs 16.340 (on altı min üç yüz qırx) ABŞ dolları məbləğində pul ödənilən zaman Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla alınaraq K.B.Səfərov verilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2(006)-1761/2006 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, borclu Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)- 80/2022 saylı qərardadından görünür ki, tələbkar K.B.Səfərov tərəfindən verilmiş “İcra sənədinin qaytarılmasına” dair qərardan şikayət təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2(006)-1761/2006 saylı icra sənədinin geri qaytarılması baradə icra məmuru V.Qaralovun xx.xx.2021-ci il tarixli qərarı ləvğ edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)- 3628/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İnzibati həbsin əvvəli 04 oktyabr 2022-ci il tarixdən, saat 15:45-dən hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2(006)-1761/2006 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş və Şəxs 16.340 (on altı min üç yüz qırx) ABŞ dolları məbləğində pul ödənilən zaman Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla alınaraq K.B.Səfərov verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, sonuncuya xəbərdarlıqlar edilmiş borclunun əmlak vəziyyəti ilə bağlı sorğular göndərilmiş, lakin onun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə bugünədək borclu Şəxs tərəfindən heç bir ödəniş olmamışdır. Həmin borc üzrə o, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və dörd dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)- 3628/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bununla da məhkəmə hesab edir ki, borclu Şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2(006)-1761/2006 saylı icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Lakin sonuncu tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xəta təkrar törədildiyi üçün onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi deyil onun əməlində həmin Məcəllənin 528.1-1-ci maddəsinin tərkib əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən, 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1538/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1538/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver