Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-154/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan Şəxs MMC-nin hüquqi şəxsin nümayəndəsi: nümayəndəsi Nümayəndə2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 07, mənzil 501, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 18.832,80 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs “ARC PROTECTİON MMC-nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, MMC ilə Almaniya Federativ Respublikasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında xx.xx.2020-ci il tarixli, NTVP022020 saylı müqavilə imzalanmış və həmin müqavilənin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Bu müqavilə üzrə MMC-nin "xxxx" ASC-də olan hesabından həmin şirkətə xx.xx.2022-ci il tarixli, 409163 saylı invoys əsasında xx.xx.2022-ci il tarixdə qabaqcadan ödəniş kimi 8.071,20 və xx.xx.2022-ci il tarixdə 18.832,80 ABŞ dolları məbləğində, ümumlikdə 26.904,00 ABŞ dolları məbləğində pul göndərmişdir. Tərəflər arasında olan müqavilənin müddəti bitdiyi üçün xx.xx.2022-ci il tarixli, NTVP122022 saylı yeni müqavilə imzalanmış və həmin müqavilənin etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. "xxxx" şirkəti tərəfindən MMC-nin ünvanına xx.xx.2022-ci il tarixli, NTVP122022 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli, ******* saylı invoys əsasında 26.904,00 ABŞ dolları məbləğində alınan mallar xx.xx.2023-cü il tarixdə **********5675 saylı gömrük bəyannaməsi ilə ölkəyə idxal olunmuşdur. Bu invoys sənədində əvvəlki, yəni xx.xx.2022-ci il tarixli, 409163 saylı invoysa istinad olunmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına bildirişin göndərilməsinə baxmayaraq, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • “Azər-Türk BankASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə ölkə xaricinə 18.832,80 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədlərinə əsasən Şəxs MMC tərəfindən Almaniya Federativ Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin hesabına xx.xx.2020ci il tarixli, NTVP022020 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli, 409163 saylı invoysla bağlı qabaqcadan ödəniş kimi xx.xx.2022-ci il tarixdə 8.071,20 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 18.832,80 ABŞ dolları məbləğində pul göndərilmişdir; • Şəxs MMC ilə Almaniya Federativ Respublikasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında xx.xx.2020-ci il tarixli, NTVP022020 saylı (etibarlılıq müddəti xx.xx.2022-ci il) və xx.xx.2022-ci il tarixli, NTVP122022 saylı (etibarlılıq müddəti xx.xx.2025-ci il) müqavilələr imzalanmışdır; • "xxxx" şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 409163 saylı invoysda satılan malların ümumi dəyəri 26.904,00 ABŞ dolları göstərilmişdir; • "xxxx" şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı invoysda satılan malların ümumi dəyəri 26.904,00 ABŞ dolları göstərilmiş və bu sənəddə sifariş olunan malların xx.xx.2022-ci il tarixli, 409163 saylı invoysla bağlı olduğu göstərilmişdir; • **********5675 nömrəli gömrük bəyannaməsinə əsasən "xxxx" şirkətinin tapşırığı ilə “Gaomi 7 X4.LTD” şirkəti tərəfindən Şəxs MMC-yə xx.xx.2022ci il tarixli, NTVP122022 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli, ******* saylı invoys əsasında 26.904,00 ABŞ dolları dəyərində göndərilən mallar xx.xx.2023-cü il tarixdə ölkəyə idxal olunmuşdur. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Almaniya Federativ Respublikasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında xx.xx.2020-ci il tarixli, NTVP022020 saylı (etibarlılıq müddəti xx.xx.2022-ci il) və xx.xx.2022-ci il tarixli, NTVP122022 saylı (etibarlılıq müddəti xx.xx.2025-ci il) müqavilələr imzalanmışdır. MMC tərəfindən "xxxx" şirkətinin hesabına xx.xx.2020-ci il tarixli, NTVP022020 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli, 409163 saylı invoysla bağlı qabaqcadan ödəniş kimi xx.xx.2022-ci il tarixdə 8.071,20 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 18.832,80 ABŞ dolları məbləğində pul göndərilmişdir. "xxxx" şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı invoysda satılan malların ümumi dəyəri 26.904,00 ABŞ dolları göstərilmiş və bu sənəddə sifariş olunan malların xx.xx.2022-ci il tarixli, 409163 saylı invoysla bağlı olduğu göstərilmiş, **********5675 nömrəli gömrük bəyannaməsinə əsasən MMC tərəfindən xx.xx.2022-ci il tarixli, NTVP122022 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli, ******* saylı invoys əsasında 26.904,00 ABŞ dolları dəyərində göndərilən mallar xx.xx.2023-cü il tarixdə ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-154/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-154/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver