Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1540/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Nəsimi rayon Polis İdarəsi Dövlət X4 700 manat məbləğində inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayəti və ona əlavə olunmuş materialları məhkəmə iclasında baxılmağa hazırlayarkən, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi rayon Polis İdarəsi Dövlət X4 700 manat məbləğində inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xətalar harada törədildiyi və hansı qərarların qəbul edildiyi məlum deyil, bu isə iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səalhiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhz bu səbəbdən də Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərilən müddəalar nəzərə alınmalı və inzibati xəta haqqında qərarlardan şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilməlidir. Həmçinin şikayət ərizəsindən görünür ki, şikayətçi tərəfindən hər bir qərar üzrə ayrıayrılıqda şikayət verilməli olduğu halda bütün inzibati qərarlar bir şikayət ərizəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İş materiallarından müəyyən edilir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, fərqli vaxtlarda törədilmiş müxtəlif inzibati xətaya görə X1 barəsində tərtib edilmiş protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxıla bilməz. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, X2 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Nəsimi rayon Polis İdarəsi Dövlət X4 700 manat məbləğində inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1540/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1540/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver