Məhkəmə qərarları › İş №3(006)-1541/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1541/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1541/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə X7 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşı xx xxxx 2020-ci il tarixində ünvan 1 ünvanında yerləşən “Zabitlər parkı”nda saat təxminən 08:25-də ona və bir yerdə işlədiyi iş yoldaşı X5 yaxınlaşaraq icazələrinin olub- olmamasını soruşmuşdur. Onlar iş yeri və icazələri barədə polis əməkdaşına məlumat vermişlər və məlumatların “icaze.e-gov.az” portalında yoxlanılmasını xahiş etsələr də, xüsusi cihazı olmadığına görə polis əməkdaşı məlumatları yoxlaya bilməmişdir. Polis əməkdaşı Post Patrul Xidmətindən maşın və əlavə qüvvə çağırmış və onları Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə aparmışlar. O və iş yoldaşı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsində eyni qaydada izahatılarını versələr də, barələrində ayrı-ayrılıqda təxminən saat 09:42-də inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə) tətbiq edilmiş və hər biri 200 (iki yüz) manat manat məbləğində cərimə edilmişdir. X6 “xxxxxxxxxxxxxx” X4 X1 Mərkəzi Kassasinda xəzinədar vəzifəsində çalışır. Onun işə gedib-gəlməyi üçün “xxxxxxxxxxxxxx” ASC “icaze.e-gov.az” portalında müvafiq məlumatları əlavə etmişdir. Hər bir kəsə məlumdur ki, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdir. Polis əməkdaşı ünvan 1 ünvanında yerləşən “Zabitlər parkı”nda onlara yaxınlaşanda onlar sosial məsafəni gözləməklə, qoruyucu maskadan istifadə etməklə iki nəfərdən ibarət olmuş və yaxınlıqda Bakı şəhəri, Nəsimi rayonu, Bülbül, 44-də yerləşən “xxxxxxxxxxxxxx” ASC-nin Mərkəz filialına gedirmişlər. Hesab edir ki, rəsmi icazəsi olmaqla, sosial məsafəni gözləməklə, qoruyucu maskadan istifadə etməklə ünvan 1 ünvanında yerləşən “Zabitlər parkı”ndan keçməklə iş yerinə getdiyi zaman tərəfindən inzibati xəta və inzibati xəta tərkibli əməl törədilməmişdir. Qeyd edilənlərlə yanaşı şikayətə əlavə etdiyi sübutlar barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci ik tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi üçün əsasdır. Tərəfindən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl edilir, yalnız rəsmi icazə əsasında evdən çıxır, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olur, bir vətəndaş olaraq həmişə ətrafında olan şəxsləri dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırmışdır. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə inizbati tənbeh vermə haqqında qərarın məhkəmə tərəfindən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X7 həmin tarixdə, saat 08:25-də Bakı şəhəri, Nəsimi rayonu, “Zabitlər parkı” adlanan ərazidə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. İş materiallarında olan“icaze.e-gov.az” portalından olan çıxarışa əsasən X3 (FİN:1AK2BND) 21.06.20-ci il tarixdən xx.xx.2020-ci il tarixinə olan dövr üzrə xidməti fəaliyyəti ilə əlaqədar olaraq icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, barəsində icraat aparılan şəxslə bağlı zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar