Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1541/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Kayman Adalarının Şəxsın nümayəndəsi Nümayəndə iştirakı ilə, Kayman Adalarının Şəxsı (hüquqi ünvanı: ünvan 1ublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Kayman Adalarının Şəxsın mülkiyyətində olan «KRAZ 250 YÜK» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 15:56-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, həmçinin bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Kayman Adalarının Şəxsın nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Nəsimi rayon polis idarəsi tərəfindən Kayman Adalarının Şəxsın mülkiyyətində olan «KRAZ 250 YÜK» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 15:56-da İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair məktub Kayman Adalarının Şəxsa göndərilməmişdir. Lakin, Kayman Adalarının Şəxsın mülkiyyətində olan nəqliyyat vasitələrini idarə edən şəxslər barəsində mütəmadi olaraq Səbail rayon polis idarəsinə məlumat verilmişdir. Qeyd olunanları nəzərə alaraq, Kayman Adalarının Şəxsı barəsində olan inzibati xətalar haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polisi şöbəsinin məktubu və müvafiq poçt qəbzinə əsasən Kayman Adalarının Şəxsə məxsus «KRAZ 250 YÜK» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2024-cü il tarixdə həmin şirkətə çatdırılmışdır. İş materiallarında olan "xxxx" MMC kuryer xidməti tərəfindən verilmiş 427767 saylı qəbzin surətindən görünür ki, Kayman Adalarının Şəxsa məxsus «KRAZ 250 YÜK» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində məlumat xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Dövlət Yol Polisi şöbəsinə çatdırılmışdır. Beləliklə aydın olur ki, Kayman Adalarının Şəxsın mülkiyyətində olan «KRAZ 250 YÜK» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat qanunla müəyyən olunmuş vaxtda müvafiq dövlət orqanına təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Kayman Adalarının Şəxsı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1541/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1541/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver