Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1552/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu Bakı Metropolitenində Polis İdarəsinin tərtib etmiş şəxs: İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X4 Zərər çəkmiş şəxs: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1999-cu il tarixdə Göyçay rayonunun Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 19 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyasının platformasında X1 ona məxsus 480 manat dəyərində “Samsung A12” markalı mobil telefonu danışmaq adı ilə alaraq ələ keçirib sonuncuya qarşı dələduzluq etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X6 izahatında göstərdi ki, X2 şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sonuncu xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyasının platformasında Şəxs danışmaq niyyəti ilə özünə məxsus 480 manat dəyərində “Samsung A12” markalı mobil telefonu vermiş, lakin sonuncu telefonu geri qaytarmayaraq onu ələ keçirmişdir. Fakt üzrə əməldə cinayət tərkibi olmadığından 01 aprel 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. Vurulmuş zərər ödənilməmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində ondan danışmaq adı ilə ona məxsus olan dəyəri 480 manat olan “Samsung A12” markalı telefonu metronun “28 May” stansiyasının platformasında danışmaq adı ilə alaraq geri qaytarmamışdır. O, əvvəl düşünmüşdür ki, İbrahim yəqin telefonu qaytarar. Lakin İbrahim telefonu qaytarmadığından ondan şikayət etmək məcburiyyətində qalmışdır. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, X5 mobil telefonu danışmaq niyyəti ilə almış, istifadə etdikdən sonra onu geri qaytarmamış, daha sonra isə onu satmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumata əsasən Şəxs əvvəl Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə təqsirli bilinərək ona 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə onun tərəfindən eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 19 aprel 2024-cü il tarixdə, saat 18:00-dan hesablansın. Qərarın icrası Bakı Metropolitenində Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1552/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1552/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver