Məhkəmə qərarları › İş №3(006)-1556/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1556/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1556/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qərar və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Bakı şəhəri Nəsimi Rayon Prokurorluğu tərəfindən baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sənədlər daxil olduğu vaxt öyrənilmiş və məlum olmuşdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin pozulduğu irəli sürülən 227-ci maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulmasına baxmayaraq bu növ işlərdə iştirakı məcburi hesab edilən inzibati xətanı törətməkdə təqsirləndirilən şəxsin iştirakı təmin olunmamışdır. Həmçinin, iş üzrə zərər çəkmiş şəxsin iştirakı təmin olunmamışdır. Belə ki, zərər çəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını, onunla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıb-qaldırılmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, sanksiyasında inzibati həbs növü nəzərdə tutulan inzibati xəta haqqında hazırkı işə inzibati xətanı törətməkdə təqsirləndirilən şəxsin iştirakı ilə qərar qəbul edildikdən dərhal sonra və qərar daxil olan gün baxılmalı olduğundan, qərarı tərtib edən orqan tərəfindən barəsində icraat başlanmış şəxsin və zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirakları təmin edilmədiyindən, mövcud natamamlığı işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R AR A AL D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna geri qaytarılsın. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar