Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1558/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1978-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 18.04.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 02.03.2022-ci il tarixdə, saat 22:10 radələrində etibarnamə əsasında idarə etdiyi «TOYOTA PRİUS» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski küçəsi ilə Vaqif prospektinin kəsişməsində «STOP» nişanının tələblərini pozub yolayrıcına daxil olaraq X3 idarə etdiyi «MERCEDES-BENZ E200» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə «TOYOTA PRİUS» markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1 dərəcəsi təyin edilməyən, X4 isə yüngül dərəcəli bədən xəsarətləri almışlar. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş 29.03.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 02.03.2022-ci il tarixdə, saat 22:10 radələrində etibarnamə əsasında idarə etdiyi, «UBER» taksi xidmətinə qoşulmuş «TOYOTA PRİUS» markalı, **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 2 nəfər qadın müştərini sifariş olunan ünvana aparırdı. Həmin vaxt ünvan 2qif prospektinin kəsişməsində diqqətsizliq edib «STOP» nişanına fikir verməyib yolayrıcını keçərkən sağ tərəfən Vaqif prospekti ilə düzünə hərəkətdə olan «MERCEDES-BENZ E200» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində idarəetməni itirmiş və avtomobil fırlanaraq yolun sağ kənarında səkinin üzərinə çıxmışdır. Hadisə nəticəsində avtomobildə əyləşən 2 nəfər xanım müştərilər bədən xəsarətləri almışlar. Qəzada avtomobilə dəymiş maddi ziyanı sığorta şirkəti öz üzərinə götürmüşdür. İşi ilə əlaqədar olaraq sürücülük hüququndan məhrum edilməyi onun üçün ağır cəzadır. Cərimə olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi və zərər çəkmiş şəxslər məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: - «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 02.03.2022-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski küçəsi ilə Vaqif prospektinin kəsişməsində baş vermişdir. Vaqif prospektində düzünə və sağa, X.Şuşinski küçəsində düzünə və sola hərəkətə icazə verilir, hər iki yol bir istiqamətlidir, üfüqi nişanlanma xətləri və stop xətləri mövcuddur. Həmin sahədə hərəkət nizamlanmır, 2.5, 2.1, 3.2.7, 4.1.4 yol nişanları var, X.Şuşinski küçəsi ilə Vaqif prospektinin kəsişməsində «STOP» nişanı quraşdırılıb; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X5» X9 Nəsimi rayon şöbəsinin: 28.03.2022-ci il tarixli, 288 saylı rəyinə əsasən 1996-cı il təvəllüdlü X2 bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması, boyunun əzələ-bağ aparatının gərilməsi, üz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, baş beyin silkələnməsi, sol bazu, sağ dirsək oynağı nahiyəsinin, hər iki budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 02.03.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümimilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; 28.03.2022-ci il tarixli, 287 saylı rəyinə əsasən 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – başın alın nahiyəsinin, sağ yanaq və hər iki diz oynağı nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 02.03.2022-ci il tarixdə əmələ gəlmişlər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid ediklərindən dərəcələri təyin olunmur. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; - 02.02.2020-ci il tarixli, AC seriyalı, 662904 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «BC» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; - ƏN-V 992208 saylı etibarnamənin surətindən görünür ki, «TOYOTA PRİUS» markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r və həmin avtomobili idarə etmək səlahiyyəti 18.02.2023-cü ilədək Şəxs verilmişdir; - Zərərçəkmiş şəxs1 və X2 izahatlarından görünür ki, hadisəni törədən taksi sürücüsü onlara müalicələri ilə bağlı heç bir yardım göstərməmiş, ondan şikayətçidirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə görə üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Həmin Qanuna 4 saylı Əlavədə «2.5 Dayanmadan keçmək qadağandır» nişanı üstünlük yol nişanına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları nəzərər alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin aşağı həddinə uyğun tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1558/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1558/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver