Məhkəmə qərarları › İş №3(006)-1566/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1566/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1566/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə dilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs idarə etdiyi “Mercedes Benz” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində hərəkətdə olan zaman “Tufan” markalı mopedlə toqquşmuş, nəticədə mobedin sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, o, maşın ustasıdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 18:40 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti ilə üzü “Koala” parkı istiqamətində hərəkət edərkən Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsinə svetoforun qırmızı işığında dayanmış, həmin vaxt avtomaşının qapısı tam bağlanmadığı üçün dayanmış vəziyyətdə olarkən avtomaşının sükan hissəsindən qapını açaraq yenidən bağlamaq istədikdə qapı yarıaçılmış vəziyyətdə olarkən arxadan hərəkətdə olan moped sürücüsü avtomaşının arasından keçdikdə qapıya çırpılmış və idarəetməni itirib onun sol tərəfində olan orta zolaqda dayanmış vəziyyətdə olan “Hyundai” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ tərəfinə dəyərək dayanmışdır. Hadisə nəticəsində avtomaşına maddi ziyan dəyməmiş, moped sürücüsü ayağından xəsarət almışdır. Hadisə yerinə çağırılan təcili yardım həkimləri ona ilkin yardım etmişlər və ciddi xəsarəti olmadığı üçün xəstəxanaya aparmamışlar. Hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Göstərilənləri nəzərə alaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-yə və zərər çəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində svetaforun qırmızı işığında dayandığı zaman sonuncu avtomaşının qapısının tam bağlanmadığı üçün dayanmış vəziyyətdə olarkən avtomaşının sükan hissəsindən qapını açaraq yenidən bağlamaq istədikdə qapı yarıaçılmış vəziyyətdə olarkən arxadan hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Tufan M-50” markalı mopedlə avtomaşının arasından keçdikdə qapıya çırpılmış və nəticədə idarəetməni itirib sol tərəfində orta zolaqda dayanmış vəziyyətdə olan sürücü X1 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ tərəfinə dəyərək toqquşmuş və nəticədə moped sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə və sürücü X2 maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 X5 1748 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-sağ diz oynağı nahiyəsinin diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan geniş həcmli qançır- şişkinliyi (hematoması) va sıyrığı küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.Vət.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində svetaforun qırmızı işığında dayandığı zaman sonuncu avtomaşının qapısının tam bağlanmadığı üçün dayanmış vəziyyətdə olarkən avtomaşının sükan hissəsindən qapını açaraq yenidən bağlamaq istədikdə qapı yarıaçılmış vəziyyətdə olarkən arxadan hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Tufan M-50” markalı mopedlə avtomaşının arasından keçdikdə qapıya çırpılmış və nəticədə idarəetməni itirib sol tərəfində orta zolaqda dayanmış vəziyyətdə olan sürücü X1 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ tərəfinə dəyərək toqquşmuş və nəticədə moped sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar