Məhkəmə qərarları › İş №3(006)-1568/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1568/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1568/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında X3 protokolu tərtib etmiş şəxs: Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1978-ci il tarixdə Ağsu rayonunun Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3, 332.1 və 332.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 29 mart 2023-cü il tarixdə, saat 17:55 radələrində “Opel Vectra” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə döngəsində idarə edən zaman yol-patrul xidməti əməkdaşının saxlama əmrinə tabe olmayaraq hərəkətini davam etdirmiş və Ə.Topçubaşov küçəsinə daxil olub sağa dönərkən onunla üzbəüz istiqamətdə hərəkətdə olan “Toyota Corolla” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə, sonra isə yolun kənarında dayanmış “Chevrolet Cruze” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək bu nəqliyyat vasitələrinin sahiblərinə maddi zərər vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərdi ki, Şəxs 29 mart 2023-cü il tarixdə, saat 17:55 radələrində “Opel Vectra” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək C.Məmmədquluzadə döngəsində qayda pozuntusuna yol verdiyi üçün yol-patrul xidməti əməkdaşı tərəfindən ona “saxla” əmri verilmişdir. Lakin, Şəxs buna tabe olmayaraq öz hərəkətini davam etdirmiş və Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsinə daxil olub sağa dönərkən onunla üzbəüz istiqamətdə hərəkətdə olan, X4 idarə etdiyi “Toyota Corolla” markalı, **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Bundan sonra da o, maşını saxlamamış və onun arxasında yol-patrul xidməti avtomobilinin dayandığını görüb idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətini davam etdirib yolun kənarında dayanmış, X5 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək zədələr yetirmişdir. Müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur və o, “Opel Vectra” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili də etibarnamə olmadan idarə edib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 29 mart 2023-cü il tarixdə, saat 17:55 radələrində etibarnamə olmadan idarə etdiyi “Opel Vectra” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə döngəsində hərəkətdə olarkən yol-patrul xidməti əməkdaşı ona saxla əmri vermişdir. Onun da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı üçün bu əmrə tabe olmamış, qorxub öz hərəkətini davam etdirmiş və Ə.Topçubaşov küçəsinə daxil olub sağa dönərkən onunla üzbəüz istiqamətdə hərəkətdə olan “Toyota Corolla” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu zaman arxasında yol-patrul xidməti maşınını görüb özünü itirmiş və hərəkətini davam etdirmək istəyəndə yolun kənarında dayanmış “Chevrolet Cruze” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Bir daha belə hərəkətə yol verməyəcək. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və tərtib edilmiş sxemdən görünür ki, Şəxs idarə etdiyi “Opel Vectra” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 29 mart 2023-cü il tarixdə, saat 17:55 radələrində Nəsimi rayonu, Ə.Topçubaşov küçəsinə daxil olub sağa dönərkən onunla üzbəüz istiqamətdə hərkətdə olan “Toyota Corolla” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə, yolun kənarında dayanmış “Chevrolet Cruze” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək həmin nəqliyyat vasitələrinə zərər yetirmişdir; • AD 627986 saylı, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Vectra“markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r; • Notariat qaydasında təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, X2 X10 tərəfindən “Opel Vectra” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülüq hüququ olduqda idarə etmək, habelə ona dair sərəncam vermək hüququ verilmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək etibarlıdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini və onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati həbs tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törətməsi dair işə baxılması həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmənin səlahiyyətinə aid olmadığından, bu məsələyə hüquqi qiymətin verilməsi mümkün deyil. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 aprel 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar