Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1571/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları, ev 113; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs ASC 29435.22 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq 19683.23 ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Şəxs ASC-nin idarə heyətinin sədri X2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdır ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və Təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən nə məsələ araşdırılarkən, nə də protokol tərtib edilərkən Cəmiyyət dəvət edilməmişdir. Protokol isə ümumiyyətlə Cəmiyyətə təqdim edilməmişdir. Bununla da Cəmiyyət öz müdafiəsini həyata keçirmək imkanından məhrum edilmişdir. Tərtib edilmiş protokolda "xxxx" tərəfindən 29435.22 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 10 fevral 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürüldüyü, “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydalar”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 19683,23 ABŞ dolları məbləğində valyuta vəsaitinin geri qaytarılmadığı, xətanın 11 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədildiyi və Cəmiyyətin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi bildirilmişdir. "xxxx" ATSC ilə Belarusiya Respublikasının hüquqi şəxsi olan "xxxx" ASC arasında 12 dekabr 2018-ci il tarixdə müxtəlif növdə parça məmulatlarının alqı-satqısına dair 04-15/170/2018 saylı təchizat müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə uyğun olaraq göstərilən müqaviləyə bir neçə əlavələr edilmişdir. Həmin müqaviləyə əlavələrdə malların adı, rəngi, sayı və dəyəri və digər şərtlər əks olunmuşdur. Tərəflər arasında olan müqavilənin 3.1-ci bəndinə uyğun olaraq alıcı istehsal prosesinə başlamamışdan öncə 30% əvvəlcədən malların yükləməyə hazır olması barədə məlumat verildikdən sonra 5 (beş) təqvim günü ərzində 70% ödəniş həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur. Göstərilmiş 10 fevral 2023-cü il tarixdə edilmiş ödəniş, "xxxx" ATSC ilə Belarusiya Respublikasının hüquqi şəxsi olan "xxxx" ASC (bundan sonra “Təchizatçı şirkət”) arasında imzalanmış 12 dekabr 2018-ci il müxtəlif növdə parça məmulatlarının alqı-satqısına dair 04-15/170/2018 saylı təchizat müqaviləsinə (müqavilə şikayətə əlavə olunur) əsasən həyata keçirilmişdir. "xxxx" ATSC tərəfindən göndərilmiş 29435.22 AbŞ dolları məbləğində vəsaitlə bağlı mallar xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrinə əsasən ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və Təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən protokol tərtib edilərkən Cəmiyyət dəvət edilmədiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamış və Cəmiyyət öz müdafiə hüququndan məhrum edilmişdir. Bütün bu qeyd edilənlərdən də göründüyü kimi, İnzibati xəta hadisəsi olmadığı halda Cəmiyyət barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi əsas gətirilərək protokol tərtib edilmişdir. Ümumiyyətlə isə inzibati xəta hadisəsi olmamışdır və "xxxx" ATSC olmayan hadisəyə görə təqsirli bilinərək məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, hesab edir ki, "xxxx" ASC barəsində tərtib edilmiş protokol onun iştirakı olmadan tərtib edildiyindən, Cəmiyyətin öz müdafiəsini təşkil edə bilməməsi, göndərilmiş vəsaitə uyğun mallar ölkəyə idxal edilməsi səbəbindən Cəmiyyət barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Göstərilənlərə əsasən, "xxxx" ASC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli İnzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda Şəxs ASC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - Debit haqqında bildirişə əsasən Şəxs ASC tərəfindən Belarusiya Respublikasında yerləşən “OAO KAMVOL” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 29435.22 ABŞ dolları məbləğində pul göndərilmişdir. - xx.xx.2025-ci il tarixli **********8315 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə “OAO KAMVOL” şirkəti tərəfindən Şəxs ASC-yə xx.xx.2023-cü il tarixdə 76392.03 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2025-ci il tarixli **********8036 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə “OAO KAMVOL” şirkəti tərəfindən Şəxs ASC-yə xx.xx.2023-cü il tarixdə 59006.39 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2025-ci il tarixli **********5525 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə “OAO KAMVOL” şirkəti tərəfindən Şəxs ASC-yə xx.xx.2023-cü il ta rixdə 16645.08 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs ASC tərəfindən Belarusiya Respublikasında yerləşən “OAO KAMVOL” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə göndərilmiş 29435.22 ABŞ dolları məbləğində pul vəsaitinin 19683.23 ABŞ dolları xx.xx.2025-ci il tarixli **********8315 saylı, xx.xx.2025-ci il tarixli **********8036 saylı, xx.xx.2025-ci il tarixli **********5525 saylı gömrük bəyannamələrinə əsasən bağlanmışdır. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ASC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs ASC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1571/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1571/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver