Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1575/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Baş Dövlət Yol Polis İdarəsinin 03 mart 2025-ci il tarixli, EQ 26388194 saylı qərarın ləğv olunması barədə şikayətinə Nəsimi rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin 03 mart 2025-ci il tarixli, EQ 26388194 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin fevral ayının son günləri və mart ayının ilk günlərində ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi küçələrində yolların buz bağlaması səbəbindən avtomobillərin hərəkəti mümükün olmamışdır. O da yolların çox sürüşkən olması səbəbindən Bakı şəhəri, 5-ci mikrorayon, 20 yanvar küçəsində yol qəzalarından uzaq olmaq üçün avtomobilini həmin küçədə “Sünbül” adlı marketin qarşısında olan eni təxminən 7-8 metr geniş sahədə nə sürücülərə, nə də piyadalara heç bir maneə yaratmayan yerdə saxlamışdır. Daha doğrusu ordan hərəkət edə bilməyərək yaşadığı məhəlləyə gedə bilməmişdir. 01 və 02 mart tarixlərində avtomobilini hərəkət etdirmək istəsə də, buz və qar ərimədiyi üçün mümkün olmamış və növbəti gün müsbət hava proqnozu verildiyi üçün növbəti günü gözləmişdir. Çox təəssüf ki, qarlı, buzlu havada onun yaşadığı ərazidə sürücülərə və sakinlərə heç bir kömək etməyən yol patrul xidmətinin əməkdaşı 03 mart 2025-ci il tarixli, EQ 26388194 nömrəli protokol tərtib edərək ona cərimə yazmışdır. Halbuki, həmin ərazidə nə səki örtüyü, nə nişan, nədə ki, hansısa qadağanedici nişan vardır. Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, EQ 26388194 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi və Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, şikayətçinin və Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitəsinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsinin 03 mart 2025-ci il tarixli qərarını əks etdirən prtaldan çıxarışdan görünür ki, X5 03 mart 2025-ci il tarixdə, saat 12:39-da “Mercedes” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yolda nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması qaydalarını pozmuş və 60 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Baş Dövlət Yol Polis İdarəsinin 03 mart 2025-ci il tarixli, EQ 26388194 saylı qərarına əsasən məlum olur ki, X5 03 mart 2025-ci il tarixdə, saat 12:39-da “Mercedes” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yolda nəqliyyat vasitəsinin səkilərdə dayanması və ya durması qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitəsinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Sadəcə olaraq izahatında bu barədə məlumat vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, EQ 26388194 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Baş Dövlət Yol Polis İdarəsinin 03 mart 2025-ci il tarixli, EQ 26388194 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1575/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1575/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver