Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1592/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: X8 şöbəsinin baş inspektoru X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Nərimanov rayonu, İzzət Həmidov küçəsi, ev 52, mənzil 05-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333-1.3-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 25 aprel 2024-cü il tarixdə, saat 14:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm və N.B.Vəzirov küçələrinin kəsişməsində “Lexus GS300” minik markalı, **-TV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini psixotrop maddədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X8 şöbəsinin baş inspektoru X3 izahatında göstərdi ki, 25 aprel 2024-cü il tarixdə, saat 14:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm və N.B.Vəzirov küçələrinin kəsişməsində Şəxs etibarnamə əsasında idarə etdiyi “Lexus GS300” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə S.Rüstəm küçəsində yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Toyota Avalon” markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək sonuncu maşına zərər yetirmişdir. Yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini psixotrop maddə diazepam qrupuna aid olan benzodiazepamın istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 25 aprel 2024-cü il tarixdə, saat 14:15 radələrində etibarnamə əsasında idarə etdiyi “Lexus GS300” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində hərəkətdə olarkən N.B.Vəzirov küçəsi ilə kəsişməyə çatdıqda yolun sağ hissəsində hərəkətsiz dayanmış “Toyota Avalon” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, QİÇS daşıyıcısıdır, nevroloji problemləri var və bununla əlaqədar müalicə alır. Həkim tərəfindən ona bəzi dərmanlar yazılmış və həmin dərmanların tərkibində psixotrop maddələrin olmasından məlumatsız olmuşdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan: • 25 aprel 2024-cü il tarixli, 1/388 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs sidiyində narkotik test benzodiazepin aşkarlanmış və o, psixotrop maddənin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətindədir; • AD 111231 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B” kateqoriyası üzrə nəqliyyat vasitəsinin idarə etmək hüququ var; • Nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, “Lexus GS300” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r və həmin avtomobil idarə edilməsi üçün xx.xx.2024-cü il tarixədək Şəxs etibar edilib. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda diazepam psixotrop maddələrə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsinə görə nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh növü tətbiq olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 900 (doqquz yüz) manat məbləğində cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1592/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1592/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver