Məhkəmə qərarları › İş №3(006)-1596/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1596/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1596/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs (bundan sonra Şəxs MMC ) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 34; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC ilə vətəndaş X5 arasında xx.xx.2025-ci il tarixdən 14 gün müddətində sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsi (kontraktı) qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinin tələbləri gözlənilmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, vətəndaş X5 Şəxs MMC ilə onun arasında xx.xx.2025-ci il tarixdə 14 gün müddətində sınaq müddəti müəyyən edilməklə bağlanmış əmək müqaviləsi (kontraktı) qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinin tələbləri gözlənilmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X16 bildirmişdir ki, X9 Xidməti tərəfindən aparılan araşdırma qeyri obyektiv aparılmışdır. Belə ki, vətəndaş X5 Şəxs MMC-nin direktoru ilə bağladığı 8965 nömrəli təlim müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixindən 1 (bir) ay müddətində təlimə cəlb edilmişdir. Lakin E.Musayeva əmək qanunvericiliyindən anlayışı olmadığından zənn etmişdir ki, əmək münasibətlərinə cəlb edilmiş və onunla əmək müqaviləsi bağlanılmadığına görə xx.xx.2025-ci il tarixində X9 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bununla bağlı, tərəflərindən E.Musayevaya 8965 nömrəli təlim müqaviləsi təqdim edilmiş və təlim müqaviləsinə əsasən xx.xx.2024-ci il tarixindən 1 (bir) ay müddətində təlimə cəlb edilməsi izah edilmişdir. E.Musayeva ortada baş vermiş anlaşılmazlığı anladıqdan sonra, xx.xx.2025-ci il tarixində X9 Xidmətinə Şəxs MMC-də qanun pozuntusu ilə bağlı şikayətinin araşdırılmasının dayandırılması və baxılmasının saxlanılması barəsində ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq, X9 Xidməti həmin ərizəyə baxmadan qeyri obyektiv və ədalətsiz qərar qəbul edərək materialları məhkəməyə təqdim etmişdir. Qeyd olunan xüsusatları nəzərə alaraq, Şəxs MMC-də qanun pozuntusu ilə bağlı şikayətinin araşdırılmasının dayandırılması və baxılmasının saxlanılması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə əsasən Şəxs MMC-də loqistika müdiri vəzifəsində çalışmışdır. MMC-nin direktoru Mania Nəcəfzadə 10 mart 2025-ci il tarixində ona göstəriş vermişdir ki, X3 şirkətə dəvət edib X9 Xidmətinə ünvanlandığı şikayət ərizəsini geri götürməsi barədə ərizə yazdırsın. O, Mania Nəcəfzadənin tapşırığı ilə Elnarə Musayeva ilə danışmış və onu qeyd olunan ərizəni yazmağa razı salmışdır. Elnarə Musayeva xx.xx.2025-ci il tarixində şikayətin araşdırılmasının dayandırılması və baxılmaması ilə bağlı ərizəni yazdıqdan sonra ona 600 manat pul verilmişdir. Mania Nəcəfzadə X9 Xidməti tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu və baxılması üçün məhkəməyə göndərildiyini bildikdən sonra ona yenidən göstəriş verərək Elnarə Musayevanı notarial qaydada ərizə verməsi üçün dəvət etməsini və bunun müqabilində sonuncuya 400 manat pul verməsini tapşırmış, o da Elnarə Musayeva ilə danışaraq 5 saylı ASAN Xidmət mərkəzində sonuncudan notarial qaydada ərizə almış və bunun müqabilində ona öz cibindən 400 manat pul vermişdir. Lakin sonradan Mania Nəcəfova X14 verdiyi 400 manatı ona qaytarmamış, o da bununla bağlı DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. X14 zəng etməsini təsdiq edən zənglərin detalizasiyası ilə bağlı çıxarışı məhkəməyə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 8960 sayıl “Operator vəzifəsinə namizədin təlim müqaviləsi”ndən görünür ki, X15-zadə şəxsində təmsil olunan Şəxs MMC ilə “Namizəd” adlandırılacaq X5 arasında Şəxs MMC-nin ofisində Təhsilalanın (Namizədin) Operator ixtisası üzrə vəzifələrin mənimsənilməsi ilə bağlı təlim keçməsi məqsədilə 1 (bir) ay müddətinə müqavilə bağlanmış və Təhsilalan 23 dekabr 2024-cü il tarixindən təlimə başlamışdır. İş materiallarında olan X5 tərəfindən X9 Xidmətinə ünvanlanmış 5 saylı ASAN Xidmət mərkəzində Notariat ofisində 01 aprel 2025-ci il tarixində verilmiş **********067 və **********070 saylı ərizələrdən görünür ki, X5 Şəxs MMC-də əmək qanunvericiliyinin pozulması ilə bağlı şikayətinin araşdırılmasının dayandırılmasını və baxılmamış saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış 24 fevral 2025-ci il tarixli ərizədən görünür ki, 13 yanvar 2025-ci il tarixdə işəgötürən tərəf olaraq X5 ilə 30 gün müddətinə Şəxs arasında iş münasibtələrini tənzimləmək məqsədi ilə tələbə prinsip müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən işçi özünü ona verilmiş 14 günlük sınaq müddətində doğrultduğu təqdirdə onunla tərəflərindən əmək müqaviləsi bağlanır, lakin X5 ona təyin edilmiş müddət ərzində özünü doğrultmamış, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və öz istəyinə əsasən könüllü şəkildə işdən azad olaraq bir daha cəmiyyətə qayıtmamışdır. X1 işlədiyi 14 gün ərzində ona xidmət haqqı olaraq tərəflərindən 200 AZN nağd şəkildə ödəniş edilmiş və X4 qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. X5 tərəfindən idarəyə ünvanlanmış müraciətə hər iki tərəfi dəvət edərək məktubda qeyd olunanlar barəsində araşdırma aparılması xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs MMC X6 surətindən görünür ki, işəgötürən Şəxs MMC ilə tələbə Elnarə Musayeva arasında 1 aylıq təlim müddəti ilə müqavilə bağlanmış, təlimin başlanğıc müddəti xx.xx.2025-ci il, bitmə tarixi isə xx.xx.2025ci il, yol və yemək xərci 200 manat müəyyən olunmuşdur. Məhkəmə, proses iştirakçılarının və şahidin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci li tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar