Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1597/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC mülkiyyətində olan “VOLKSWAGEN POLO SEDAN” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məktubu və müvafiq poçt qəbzinə əsasən Şəxs MMC-dən cəmiyyətə məxsus “VOLKSWAGEN POLO SEDAN” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş, bununla bağlı göndərilmiş məktubun xx.xx.2020-ci il tarixdə həmin cəmiyyətə çatdırılmışdır; Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətə görə aparılan araşdırmalar zamanı cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunan avtomobili idarə edən şəxsin kim olması, cəmiyyətin hansı işçisi olması müəyyən edilə bilinməmişdir. Cəmiyyətin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsi qeydiyyat vərəqsində müvafiq qeyd aparılmaqla istifadəyə verilir. Buna görə də həmin şəxsin kim olmasını müəyyən etmək məqsədilə hadisə ilə bağlı video görüntülərin təqdim edilməsi üçün xx xxx 2020-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinə müraciət edilməsinə baxmayaraq, heç bir cavab alına bilinməmiş, buna görə də həmin şəxs barəsində məlumat səlahiyyətli orqana təqdim edilə bilinməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-dən cəmiyyətə məxsus “VOLKSWAGEN POLO SEDAN” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinə 5 gün ərzində məlumatın verilməsi barədə xx.xx.2020-ci il tarixdə alınmış sorğuya cavab olaraq, şirkət tərəfindən xx.xx.2020-ci il tarixdə həmin quruma göndərilmiş məktubda hadisə ilə bağlı nəqliyyat vasitəsini idarə edən sürücünü müəyyən etmək üçün hadisənin video görüntülərinin təqdim olunması xahiş edilmiş, lakin buna cavab əldə olunmamışdır. Göründüyü kimi, Şəxs MMC törədilmiş xəta ilə bağlı şirkət daxilində araşdırma aparıb xx.xx.2020-ci il tarixdə “VOLKSWAGEN POLO SEDAN” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünü müəyyən etmək istəmiş və bu barədə Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinə məlumat vermək fikrində olmuşdur. Lakin dövlət orqanı tərəfindən bu işdə zəruri yardım göstərilməmişdir. Belə olan halda şirkətin hərəkətində hər-hansı qərəzin olmasından söhbət gedə bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1597/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1597/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver