Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-160/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət Yol polis şöbəsinin baş inspektoru, polis baş leytenantı – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət Yol polis şöbəsindən daxil olmuş 09 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:20-də idarə etdiyi “Mercedes Benz C180” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət Yol polis şöbəsinin baş inspektoru, polis baş leytenantı – X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:20 radələrində içkili halda sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törədərək 4 avtomobilə maddi ziyan vurmuşdur. alan olmamışdır. Şəxs özü də izahat verərkən hadisədən əvvəl içki içməsini etiraf etmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:20 radələrində yeni il şənliyi ilə əlaqədar keçirilən şənlikdə iştirak etdikdən sonra sərxoş vəziyyətdə etibarnamə ilə idarə etdiyi «Mercedes» minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə saat 00:20 radələrində B.Səfəroğlu küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında hərəkətsiz dayanmış «Chevrolet» minik markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol təkər bazasına çırpılmış, zərbənin təsirindən avtomobilin ön asqı sistemi zədələndiyindən qarşıda park edilmiş «Toyota» minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, «Toyota» minik markalı, **-SH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə çırpılmışdır. Zərbənin təsirindən «Toyota» minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ondan öndə hərəkətsiz dayanmış «Ford» minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə toxunmuşdur, hadisə zamanı xəsarət alan olmamış, avtomobillərə maddi ziyan dəymişdir. Onun xüsusi texniki vasitə ilə yoxlanışı aparılaraq sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bildirərərək barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət Yol polis şöbəsində izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:20 radələrində yeni il şənliyi ilə əlaqədar keçirilən şənlikdə iştirak etdikdən sonra sərxoş vəziyyətdə etibarnamə ilə idarə etdiyi «Mercedes» minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə saat 00:20 radələrində B.Səfəroğlu küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında hərəkətsiz dayanmış «Chevrolet» minik markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol təkər bazasına çırpılmış, zərbənin təsirindən avtomobilin ön asqı sistemi zədələndiyindən qarşıda park edilmiş «Toyota» minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, «Toyota» minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə çırpılmışdır. Zərbənin təsirindən «Toyota» minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ondan öndə hərəkətsiz dayanmış «Ford» minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə toxunmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət Yol polis şöbəsində izahatı alınmış V.V.Məmmədov bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ona məxsus olan «Toyota» minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilini B.Səfəroğlu küçəsində yolun sağ kənarında park etmişdir. Avtomobilə yaxınlaşdıqda arxa sol hissəsinin zədələndiyini və zərbənin təsirindən avtomobilin ön hissəsindən öndə hərəkətsiz dayanmış “Ford” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə orta hissəsinə toxunaraq zədələndiyini görmüş, üzərinə yazılmış qeyd kağızında Nəsimi rayonu polis idarəsinə gəlməyi barədə qeyd olunmuşdur. Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət Yol polis şöbəsində izahatı alınmış A.C.Bayramova bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ona məxsus olan «Toyota» minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilini B.Səfəroğlu küçəsində yolun sağ kənarında park etmişdir. Avtomobilə yaxınlaşdıqda görmüşdür ki, «Mercedes» minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə saat 00:20 radələrində B.Səfəroğlu küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında hərəkətsiz dayanmış «Chevrolet» minik markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol təkər bazasına çırpılmış, zərbənin təsirindən avtomobilin ön asqı sistemi zədələndiyindən qarşıda park edilmiş «Toyota» minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, «Toyota» minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə çırpılmışdır. Zərbənin təsirindən «Toyota» minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ondan öndə hərəkətsiz dayanmış «Ford» minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə toqquşmuşdur. Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət Yol polis şöbəsində izahatı alınmış Ə.F.Seyidzadə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ona məxsus olan «Chevrolet» minik markalı, **-YF- *** dövlət qeydiyyat nişanlı avtomobili B.Səfəroğlu küçəsində park etmişdir. Avtomobilə yaxınlaşdıqda sol yan hissəsinin zədələndiyini görmüşdür. Ona məlumat vermişdirlər ki, «Mercedes» minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun avtomaşının yan hissəsinə çırpıldıqdan sonra idarəetməni itirərək ondan öndə hərəkətsiz dayanmış «Toyota» minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, «Toyota» minik markalı, **-SH- *** dövlət qeydiyyat nişanlı, “Ford” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə toxunaraq zədələmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmanlığını, inzibati xəta haqqında protokolu və iş materiallarını (“Yol nəqliyyat hadisəsinin sxemi” və izahatları) araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tətbiq edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına dair tənbeh tədbiri müstəqil icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-160/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-160/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver