Məhkəmə qərarları › İş №3(006)-1600/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1600/2022

12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1600/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 aprel 2022-ci il tarixli, 00100-0803/22 (EP № 0017657) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı BGİ-nin xüsusi gömrük prosedurları şöbəsindən daxilm olmuş 34/012/007712 nömrəli, 15.04.2022-ci il tarixli raportun icrası ilə əlaqədar göstərilmişdir ki, həmin raportda ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 34HF7505/34JR8063 nömrəli yük nəqliyyat vasitəsi ilə GK21-182 nömrəli, 27.09.2021-ci il tarixli invoys üzrə idxal edilmiş 01 ədəd “Oftalmoloji optik alətlər və cihazlar” adlı yükü **********2287 sorğu nömrəli 03.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 04.04.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirildiyi, lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi qeyd edilmişdir. Həmçinin 21.04.2022-ci il tarixdə **********2287 sorğu nömrəli 03.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 19 ünvanında yerləşən Şəxs MMC-nin anbarında Bakı BGİ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş “AZEMİS” elektron məhkəmə sistemindən olan çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 4riallarında olan 29 aprel 2022-ci il tarixli, 3(006)-1600/2022 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Əliisgəndər İsgəndərov küçəsi, ev 7, mənzil 22 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. Bununla da, Məhkəmə hesab edir ki, Məhkəmə tərəfindən Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir. Belə ki, MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan **********2287 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin hesabına 03.12.2021-ci il tarixdə 22.00 kq. “Oftalmoloji optik alətlər və cihazlar” “İpək yolu” gömrük postu vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə gətirilmişdir. İş materiallarında olan 15.04.2022-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən ölkəyə gətirilmiş yük **********2287 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək 03.12.2021-ci il tarixdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və Şəxs MMC-yə məxsus anbara saxlanca götürülmüşdür. Lakin AR Nazirlər Kabinetinin 27.08.2013-cü il tarixli, 229 saylı Qərarında müəyyən edilmiş 4 aylıq müddətin bitməsinə baxmayaraq, müvəqqəti saxlancda olan yük Şəxs MMC tərəfindən heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. İş materiallarında olan 21.04.2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğusual edilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə dəvət olunaraq sorğusual edilmiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, MMC tərəfindən 03.12.2021-ci il tarixdə 4 ay müddətinə müvəqqəti saxlanc proseduru altında yerləşdirilmiş oftalmoloji optik alətlər və cihazlar olan yükünün həmin prosedur altında qalma müddətinin pozulmasının səbəbi həmin malları göndərən şirkət tərəfindən yüklərlə bağlı sertifikatların göndərilməməsi olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı BGİ-nin xüsusi gömrük prosedurları şöbəsindən daxilm olmuş 34/012/007712 nömrəli, 15.04.2022-ci il tarixli raportun icrası ilə əlaqədar göstərilmişdir ki, həmin raportda ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 34HF7505/34JR8063 nömrəli yük nəqliyyat vasitəsi ilə GK21-182 nömrəli, 27.09.2021-ci il tarixli invoys üzrə idxal edilmiş 01 ədəd “Oftalmoloji optik alətlər və cihazlar” adlı yükü **********2287 sorğu nömrəli 03.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 04.04.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirildiyi, lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi qeyd edilmişdir. Həmçinin 21.04.2022-ci il tarixdə **********2287 sorğu nömrəli 03.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 19 ünvanında yerləşən Şəxs MMC-nin anbarında Bakı BGİ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar