Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1604/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 İnzibati xəta haqqında 22-ci polis şöbəsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X3 Müdafiəçi: 18 saylı Vəkil bürosunun vəkili X4 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Masallı rayonu, Masallı şəhəri, H.Əliyev prospekti, ev 35-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş 27.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 27 aprel 2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru X6 izahat verərək göstərdi ki, 27 aprel 2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində “Kia” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə manevr qaydaları pozulduğu üçün həmin ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektorları X7 və X9 bu avtomobili saxlatdırmışlar. Sonra polis əməkdaşı X1 yaxınlaşıb sənədlərin təqdim olunmasını istəsə də, sürücü Şəxs avtomobildən düşərək sənədləri təqdim etməyib ona qarşı əsassız fikirlər səsləndirmişdir. Polis əməkdaşları da Şəxs idarə etdiyi avtomoilin lizinq obyekti olduğunu öyrəndikdə, ondan etibarnamə və digər sənədləri tələb etmiş, lakin o, yenə də polisin qanuni tələblərinə əməl etməyərək aqressiv şəkildə həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Şəxs avtomobildə əyləşən şəxsin onun ailə üzvü olduğunu bildirsə də, sonradan bu şəxsin sərnişin olduğu, Şəxs isə taksi fəaliyyəti ilə məşğul olduğu məlum olmuşdur. Şəxs dəfələrlə polis əməkdaşlarını ondan rüşvət istəməkdə ittiham etmiş, əlindəki mobil telefonla “102 xidməti”nin daxili telefon nömrəsinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə çağırılmış post-patrul xidməti əməkdaşlarının köməkliyi ilə Şəxs 22-ci polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 27 aprel 2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində idarə etdiyi “Kia” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ilə aralarında anlaşmamazlıq olmuş, bir az əsəbi olduğundan onlara qarşı pis rəftar etmişdir. Törətdiyi əməldən peşmandır, polis əməkdaşlarından da üzr istəyir. Məhkəmə iclasında şahid qismində dindirilən Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru X7 izahatında göstərdi ki, iş yoldaşı X9 ilə birlikdə 27 aprel 2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində xidmət apararkən “Kia” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevr qaydalarını pozduğunu və mobil telefondan istifadə etdiyini görüb ona yaxınlaşıb maşının saxlanılması işarəsini vermiş, daha sonra sürücüyə yaxınlaşıb özünü təqdim edib qayda pozuntusunu izah edərkən, sonuncu sənədləri verməkdən imtina etmiş və səs-küy salaraq məsuliyyətdən yayınmaq üçün onlara qarşı şər atmağa başlamış, guya ondan pul tələb olunduğunu bildirmişdir. Belə halın baş verməməsinə baxmayaraq sürücü öz hərəkətlərini davam etdirmiş, hətta “102 xidməti”nə zəng vuraraq dogru olmayan məlumat vermişdir. Onlar da sürücüyə qanuni tələblərinə əməl olunmasını söyləsələr də, sonuncu buna heç bir məhəl qoymamışdır. Bundan sonra hadisə yerinə post-patrul xidməti əməkdaşları dəvət olunmuş və sürücü 22-ci polis şöbəsinə aparılmışdır. Orada bu şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Hazırda Şəxs onlardan üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 Fərid Fəxrəddin oğlunun izahatına uyğun izahat verdi. İş materiallarında olan diskdən görünür ki, 27 aprel 2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində “Kia” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun kənarına verib saxlayır, avtomobildən düşərək telefonla çəkiliş aparır, polis əməkdaşlarına sənədləri vermir, kiməsə zəng vurur, polisin ondan pul istəməsini söyləyir və belə hərəkətlərini davam etdirir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə təqdim olunmuş videogörüntülərə baxıb və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançalıq çəkməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1604/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1604/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver