Məhkəmə qərarları › İş №3(006)-1605/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1605/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1605/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi X8 iştirakı ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: ünvan 1espublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 335.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Baş X16 İdarəsinin YPX inspektoru, polis kapitanı X9 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsinin idarə olunması sürücülük hüququ Yasamal Rayon Məhkəməmsinin xx.xx.2024-cü il tarixli, 3(004)-887/2024 saylı qərarı ilə məhdudlaşdırılmış X6 həvalə edilmiş, bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X12 məhkəməyə ünvanlamış etiraz ərizəsinə uyğun izahat verərək göstərdi ki, Şəxs barəsində, Azərbaycan Respublikası Baş X17 İdarəsi, nəqliyyat vastəsinin idarə olunması, sürücülük hüququ məhdudlaşdırılmış şəxsə həvalə edildiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onlar həmin protokolu əsassız hesab edirlər. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında İXP ******* saylı protokolda hüquqi şəxs tərəfindən mülkiyyətində olan “Khazar SD” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması sürücülük hüququ Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)- 887/2024 saylı qərarı ilə məhdudlaşdırılmış X5 həvalə edildiyinə görə AR İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmiş və baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edirlər ki, Şəxs MMC ilə X7 arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli MAS-6011 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Şəxs MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil İ.İbrahimzadənin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin avtomobilin idarə olunmasına dair X5 29 mart 2024-cü il tarixli POA********** saylı etibarnamə verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-887/2024 saylı qərarı ilə X2 hüququ məhdudlaşdırılmasma baxmayaraq Baş X17 İdarəsi sürücülük vəsiqəsini İbrahimzadə İbrahimdən götürməmişdir. Sürücülük vəsiqəsi X3 götürülmədiyi üçün o sürücülük vəsiqəsini Şəxs MMC-yə təqdim etmiş və həmin vəsiqə əsasında “Khazar SD” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Şəxs MMC tərəfindən etibarnamə verilmişdir. Əlavə olaraq qeyd edirlər ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsi Baş X17 İdarəsinin əməkdaşına avtomobilin idarə olunmasına dair etibarnamə verilərkən sürücülük vəsiqəsinin vətəndaşın üzərində olduğunu və İXM-nin 152-ci maddəsinə əsasən nəqliyyat vastəsinin idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsinin alınması yolu ilə icra edildiyini bildirməsinə baxmayarq BDYPİ-nin əməkdaşı inzibati xəta haqqında protokol tərtib etmişdir. Göründüyü kimi Şəxs MMC-nin heç bir təqsiri olmadığı halda Baş X17 idarəsi inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 152.1-ci maddəsinə əsasən nəqliyyat vastəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız AR İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlamla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan qanunvericiliyin normalarına əsasən sürücülük hüququnun məhdudlarşdırılması tarixinin axımı həmin vəsiqənin müvafiq icra hakimiyyəti orqanına təhvil verildiyi andan başlayır. Hazırki iş üzrə X1 hüququ 22 fevral 2024-cü il tarixli Yasamal Rayon Məhkəməsinin qərarı ilə ləğv edilməsinə baxmayaraq İ.İbrahimzadə sürücülük vəsiqəsini BDYPİ-nə təhvil verməmiş, sürücülük vəsiqəsi ondan 03 aprel 2024-cü il tarixində götürülərək barəsində İXM-nin 332.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 335.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə və ya əlavə sübutlarla təsdiq edilmir. Belə ki, iş materiallarında olan etibarnamənin surətindən görünür ki, etibarnamə verilir Şəxs MMC ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MAS-6011 saylı “X11” əsasında lizinqə verilmiş 1 (bir) ədəd “Khazar SD” markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2021 il tarixində DİN BDYPİ Qİİ BA № 011316 saylı tərəfindən verilmiş sürücülük vəsiqəsi olan X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək etibar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə - fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Şəxs MMC ilə X7 arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli MAS-6011 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Şəxs MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-887/2024 saylı qərarı ilə X4 nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Həmin avtomobilin idarə olunması üçün X5 29 mart 2024-cü il tarixdə etibarnamə verilmişdir. İş materiallarından əlavə edilmiş sənədlərdən göründüyü kimi, X4 nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmasına baxmayaraq İbrahim İbrahimzadənin sürücülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edildiyi qeyd edilsə də, Şəxs MMC tərəfindən X5 etibarnamə verilən zaman sürücülük vəsiqəsi İbrahim İbrahimzadənin özündə olmuşdur. Həmçinin, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilməsi qeyd edilsə də, iş materiallarına X1 vəsiqəsinin alınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciətlə əlaqədar hər hansı sənəd əlavə edilməmişdir. Belə olan halda, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi hadisəsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar