Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1614/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi X8 Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:25 radələrində etibarnamə əsasında idarə etdiyi “Saipa Saina” minik markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Neftçilər prospekti 68 ünvanında ‘‘Crescent Mall” TM-nin qarşısında birtərətli yolda hava şəraitinin qaranlıq olduğu vaxtda hərəkətdə olarkən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək “Yol hərəkəti haqqında qanun”un 50-ci maddəsinin 1-ci bəndinin tələblərini pozaraq yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilməyən yerdən keçməyə cəhd edən piyada X3 avtomobilin ön hissəsi ilə ehtiyyatsızlıqdan vuraraq piyadanın sağlamlığına Yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib olunan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi X8 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: xx.xx.2024-cü il tarixli 2/72465 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi-müayinə” protokolundan görünür ki, Şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. xx.xx.2024-cü il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Nəsimi rayonu, Neftçilər prospekti 68 ünvanında ‘‘Crescent Mall” TM-nin qarşısında baş vermişdir. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, 26 dekabr 2024-cü il tarixdə saat 17:25 radələrində etibarnamə əsasında idarə etdiyi **-PK-*** “Saipa Saina" markalı avtomobillə Dənizkənarı Bulvar istiqamətindən Ağ şəhər istiqamətə Neftçilər prospekti ilə hərəkətdə olarkən “Crescent Mall” Ticarət Mərkəzinin qabağında qarşısına qəfildən hərəkət zolağına bir nəfər piyada çıxmış və piyadanı vurmamaq üçün avtomobili əyləcdən istifadə edib sağa çəkərək onun arxasından keçmək istəyərkən piyada getdiyi istiqamətə deyil, geriyə tərəf qaçdığı üçün idarə etdiyi avtomobilin ön tərəfi ilə piyadanı vurmuşdur. Hadisə yerinin yaxınında xidmət edən polis əməkdaşları gəlmiş, TTTY maşını çağıraraq adı sonradan ona X1 məlum olan piyadanı X7 aparmışlar, piyada müayinə olunduqdan sonra onunla birlikdə xəstəxanadan çıxmışlar. Hadisə zamanı sərxoş olmamışdır, avtomobildə tək olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində heç bir xəsarət almamışdır. Hadisədən əvvəl piyadanı yolda görərkən onunla idarə etdiyi avtomobilin arasında təxminən 5 metr məsafə olardı. Sol tərəfdə nəqliyyat vasitələrinin eyni istiqamətə axını olduğu, sağ tərəf boş olduğu üçün hadisənin qarşısını almaq üçün maşını sağa çəkərək əyləci basmışdır. Lakin piyada geriyə qaçdığı üçün hadisə baş vermişdir. Baş vermiş hadisə nəticəsində avtomobilinin mühərrik örtüyü əzilmiş və alın şüşəsi sınmışdır. Təxminən 350 manat məbləğində zərər dəymişdir. Hadisə baş verən ərəfədə hava qismən qaralmışdı, asfalt yol örtüyü quru olmuşdur. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2025-ci il tarixli 1732 nömrəli rəyindən görünür ki, Vət. Q.A.Aslanovun bədənində aşkar olunmuş xəsarətlər - sol gözün ağlı gişasına qansızma ilə müşayiət olunan sol göz qapaqlarının və gözaltı nahiyəsinin qançır-şişkinliyi (hematoması), sağ said və sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün müraciət etdiyi xx.xx.2024cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vət. Q.A.Aslanovun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 yanvar 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi, qəbul edilmiş qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci. piyada X2 barəsində İXM-nin 338.2-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi məqsədilə Nəsimi RPİ-nin X8 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1614/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1614/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver