Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1617/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X8, Şikayət vermiş şəxs "xxxx" MMC-nin nümayəndələri X1 və X3 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 19.05.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 19.05.2021-ci il tarixli, MN ******* ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, X5 ilə "xxxx" MMC arasında 17.03.2021-ci il tarixdə bır aylıq sınaq müddəti müəyyənləşdirməklə, 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Lakin işçi sınaq müddətində özünü doğrultmadığına görə 14.04.2021-ci il tarixdə, xəbərdarlıq edilməklə, həmin əmək müqaviləsinə 19.04.2021-ci il tarixdə BT-İX- 049 nömrəli əmrlə xitam verilmişdir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərin biri digərinə 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq etməklə, əmək müqaviləsini poza bilər. Həmin Məcələnin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sanitariya-epidemioloji salamatlıq haqqında” 12 sentyabr 2020-ci il tarixli qərarına əsasən, 19.09.2020-ci il tarixindən etibarən ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişin-daşıma fəaliyyətinin dayandırılması səbəbindən 6 günlük iş qrafikinin “şənbə” günlərini ödənişli qeyri-iş günü sayılması barədə, 21.09.2020-ci il tarixdə onun tərəfindən əmr imzalanmışdır. Əmək haqqının ödənilməsi məqsədilə iş vaxtının uçotu tabelində texniki olaraq, şənbə günü iş vaxtı kimi göstərilmiş, lakin cəmiyyətin Bakı şəhərində yerləşən ofis əməkdaşları faktiki olaraq, işə çıxmadığından X2 əmək müqaviləsinə 17.04.2021-ci il tarixdə xitam verilməsi mümkün olmamış, buna görə də 19.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”d" bəndinə əsasən xitam verilmişdir. X5 əmək hüquqlarının pozulması qənaətinə gələrək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin idarə X2 əmək hüquqlarının pozulmasına dair müraciətinə baxaraq, işçinin əmək müqaviləsinə, əmək qanunvericiliyinin tələbləri pozularaq, xitam verilməsi faktını guya aşkar etmiş və 19 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla “Buta Traidinq" MMC-nin direktoru kimi onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6- cı maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində cərimə etmişdir. O, inzibati xəta haqqında iş üzrə 19 may 2021-ci il tarixli, MN1064382 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi 19 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq təmin etməmiş, sözügedən qərarı qüvvədə saxlamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qərarını 23 iyun 2021-ci il tarixdə almışdır. X5 ilə bağlanmş əmək müqaviləsində müəyyən olunmuş 1 (bır) aylıq sınaq müddəti 19 aprel 2021-ci ildə tamam olmuşdur və müddət ötürülməmişdir. Belə ki, müddətlərin hesablanması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin XVİİ fəsili ilə tənzimlənir (367-371-ci maddələr). Mülki Məcəllənin 368-ci maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axını təqvimi tarixindən və ya müddətin hesablanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlayır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş 19.05.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndələri X1 və X9 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X12 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında bildirdi ki, tərəflərindən qəbul edilmiş 19.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin pozulması ilə bağlıdır. Cəmiyyət işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozmaqla xitam vermişdir. Belə ki, əmək müqaviləsinə xitam verilərkən cəmiyyət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) istinad etmişdir. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsində sınaq müddəti ilə bağlı qeyd yoxdur. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi isə sınaq müddəti olmadan bağlanmış hesab olunur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan 19 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyinə görə "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək, 1500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə X5 arasında bağlanmış 17.03.2021-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, müqavilənin 2.1-ci maddəsinə əsasən işin bir ayının sınaq müddəti hesab edilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat,-o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi-və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə, məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi onlara təqdim edilmiş "xxxx" MMC ilə X5 arasında bağlanmış 17.03.2021-ci il tarixli əmək müqaviləsində sınaq müddətinin nəzərdə tutulmadığını bildirsə də, "xxxx" MMC-nin təqdim etdiyi əmək müqaviləsində sınaq müddətinin nəzərdə tutulduğu müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 19.05.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 19.05.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinə qaytarılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1617/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1617/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver