Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1619/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X7, tələbkar X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X6 iştirakları ilə, "xxxx" KB ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu "xxxx" KB ASC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1337/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə göstərilən tələbin icrasını təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında böyük icra məmuru X11 izahat verərək bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1337/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən “Nissan Sunny” markalı, **-CU-*** dövlət qeydiyyat nişamlı avtomaşın "xxxx" KB ASC-dən alınaraq X5 verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2013-cü il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclu "xxxx" KB ASCnin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X9 bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2011-ci il tarixli qətnaməsi ilə gecikdirilməyə görə 2600,33 manat məbləğində cərimə 500 manat məbləğinədək azaldılmış, cavabdeh X2 09 noyabr 2007-ci il tarixdə Bakı şəhərində bağlanmış 585AN/08 saylı kredit müqaviləsinə əsasən 8667,76 manat məbləğində əsas kredit borcunun, 976,30 manat məbləğində kredit faizinin, 500 manat məbləğində cərimənin, cəmi 10144,06 manat və 20 manat dövlət rüsumu məbləğində pul iddiaçıya ödənilməsi, tələb 09 noyabr 2007-ci il1 tarixdə Bakı şəhərində bağlanmış 585AGN/08 saylı girov müqaviləsinə əsasən girov qoyulmuş cavabdeh X3 mülkiyyətində olan “Nissan Sunny” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, “Nissan Sunny” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobil hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 8667,76 manat məbləğində əsas kredit borcu, 976,30 manat məbləğində kredit faizi, 500 manat məbləğində cərimə, cəmi 10144,06 manat və 20 manat məbləğində dövlət rüsumu iddiaçı “X10” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərilmiş və qətnamədə göstərilən “Nissan Sunny” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobili 4781,25 manata X12 almışdır. “Nissan Sunny” markalı **- CU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş 4781,25 manat X4 borcundan çıxılmışdır. X1 5626,39 manat borcu qalmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1337/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən “Nissan Sunny” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" KB ASC-dən alınaraq X5 verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2013-cü il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, bir-birinə zidd iki qətnamə olduğundan, həmiçinin, avtombil satıldığından qeyd edilən icra vərəqələrinin icra edilməsi mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 böyük icra məmuru X7 göstərdikləri xüsusatları göstərərək icra vərəqəsinin icra edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, banka borcu olduğu üçün bu vaxta kimi avtomobilini tələb etməmişdir. Göstərilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" KB ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-1337/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən “Nissan Sunny” markalı, **-CU-*** dövlət qeydiyyat nişamlı avtomaşın "xxxx" KB ASC-dən alınaraq X5 verilməlidir. İş materiallarında əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1337/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu "xxxx" KB ASC-nə göndərilmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2014-cü il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1337/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi icrasız olaraq məhkəməyə qaytarılmışdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1337/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu "xxxx" KB ASC-nə göndərilmişdir. İş materiallarında əlavə edilmiş Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2024-cü il tarixli məktununun surətindən görünür ki, Yasamal rayon İcra və Probasiya Şöbəsinin 17772-1441/1 saylı, 1103.2015-cü il tarixli sifariş məktubunin icrası üzrə X5 məxsus “Nissan Sunny” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 4781,25 (dörd min yeddi yüz səksən bir manat, 25 qəpik) manata tərəflərindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli protokolla “BOA” agentliyinin 1993/2013 saylı 07.082013-cü il tarixli etibarnamə əsasında nümayəndəsi X12 əldə etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə "xxxx" KB ASC-nin Nəsimi Rayon Məhkəməsinin 2(006)-1337/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı müəyyən edilmir. Göründüyü kimi, icra sənədində göstərilən borclu tərəfindən “Nissan Sunny” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələbkara verilməsi mümkün deyildir. Belə ki, “Nissan Sunny” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2013-cü il tarixdə hərracın nəticələrinə əsasən X12 əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" KB ASC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" KB ASC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1619/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1619/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver