Məhkəmə qərarları › İş №3(006)-162/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-162/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-162/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X11 Şikayətçi: "xxxx" MMC-nin direktoru X6 Qərarından şikayət verilən orqan: X16 Xidmətinin nümayəndəsi X12 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X15 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Ağdam rayon prokurorluğunda X2 göldə batması faktı üzrə araşdırma aparılmış, rayon prokurorluğu baş vermiş faciənin səbəb və şəraitini araşdırmaq əvəzinə, diqqətini Aqil Məmməzadənin boğulduğunu görüb idarə etdiyi “Mersedes-Benz Sprinter” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb onun köməyinə getmiş X3 yönəldərək qüvvədə olan qanunvericilikdə rayon prokurorunun İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində göstərilən səbəblə (inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi) inzibati icraat başlamaq səlahiyyəti nəzərdə tutulmadığı və "xxxx" MMC barəsində rayon prokurorluğuna İnzibati Xətalar Məcəlləsinin 99.1.2. və 99.1.3-cü maddələrinə əsasən hər hansı məlumat daxil olmadığı halda, rayon prokuroru “ümumi nəzarət” funksiyasını üzərinə götürərək hüquqi şəxs kimi "xxxx" MMC barəsində və həmin MMC-nin direktoru olmaqla vəzifəli şəxs kimi onun barəsində qanunda prokurorluq orqanlarına münasibətdə nəzərdə tutulmamış səbəbə istinad etməklə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qanunsuz və əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraat başlayaraq hüquqi şəxs olan "xxxx" MMC barəsində qərarını baxılması üçün Ağdam rayon məhkəməsinə, vəzifəli şəxs kimi onun barəsində olan qərarı isə baxılması üçün X16 Xidmətinin Qarabağ regional şöbəsinə göndərmişdir. X16 Xidmətinin Qarabağ regional şöbəsində də Ağdam rayon prokurorunun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərarına baxılarkən qeyd edilən kobud prossesual qanun pozuntusuna hər hansı bir qiymət verilməmişdir. Bundan başqa, işin bütün halları tam, hərtərəfli və obyektiv araşdırılmadan, sübutlara düzgün hüquqi qiymət verilmədən əssasız və qanunsuz olaraq "xxxx" MMC və onun direktoru kimi onun barəsində qeyd edilən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Ağdam rayon prokurorunun qərarda göstərilir ki, guya "xxxx" MMC və onun qanuni təmsilçisi kimi o, vəzifəli şəxs olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs - X4 xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər Ağdam rayonunun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində su kollektoru xətlərinin çəkilməsi ilə əlaqədar sürücü işinə cəlb etmiş, bununla da tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bildirir ki, "xxxx" MMC-nin və onun qanuni təmsilçisi kimi vəzifəli şəxs olan onun X13 ilə heç bir əlaqəsi olmamış, onu hər hansı bir işə cəlb etməmişdir. Ümumiyyətlə, "xxxx" MMC Ağdam rayonunun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində su kollektoru xətlərinin çəkilməsi işi ilə məşğul olmamışdır. "xxxx" MMC sərnişin daşıma xidməti ilə məşğul olsa da, mülkiyətində və istifadəsində kifayət qədər avtomobil olmadığından daxil olacaq sifarişləri təmin etmək üçün fərdi sahibkar kimi fəaliyyət göstərməklə mülkiyyətində “Mersedes-Benz Sprinter” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil olan X14 ilə xx.xx.2024-cü il tarixdə 150924 nömrəli xidmət müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə də icraçı-fərdi sahibkar Famil Quliyev mülkiyyətindəki həmin avtomaşınla "xxxx" MMC-yə nəqliyyat xidməti göstərməli idi. Əgər “TT Services“MMC öz mülkiyyətində və istifadəsində olan avtomobili X7 verib onunla qeyd edilən müqaviləni bağlamış olsaydı, rayon prokurorunun bu qərarı ilə hardasa razılaşmaq olardı. Lakin, müqavilədən də görünür ki, fərdi sahibkar X14 "xxxx" MMC-yə sərnişin daşıma xidmətinin göstərilməsinin təmin edilməsini öhdəsinə götürmüşdür. X5 mülkiyyətində olan “Mersedes-Benz Sprinter” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün qardaşı X8 verməsindən onların heç xəbəri də olmamışdır. Əgər əmək müqaviləsi bağlanmalı idisə, bu "xxxx" MMC ilə X13 arasında deyil, fərdi sahibkar X14 ilə X13 arasında bağlanmalı idi. “TT Services“ MMC xx.xx.2024-cü il tarixdə “X26” MMC ilə sonuncuya sərnişin daşınması xidmətinin göstərilməsinə dair müqavilə bağlamış və onun icrası bağlanmış müqaviləyə əsasən X7 tapşırılmışdır. Ola bilsin ki, sonuncu da bu işə qardaşı Ramil Quliyevi cəlb etmişdir. Rayon prokuroru qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə görə tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda bu münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Lakin bu zaman nəzərə alınmamışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsində əmək münasibətlərinə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər olması kimi anlayış verilmişdir. "xxxx" MMC sərnişin daşıma xidməti ilə məşğul olsa da, mülkiyətində və istifadəsində kifayət qədər avtomobil olmadığından sifarişləri təmin etmək üçün fərdi sahibkar kimi fəaliyyət göstərməklə mülkiyyətində “Mersedes-Benz Sprinter” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil olan X14 ilə xx.xx.2024-cü il tarixdə 150924 nömrəli xidmət müqaviləsi bağlayarkən həmin müqavilədə onun işə qəbul edilməsi, əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsi, daxili intizam qaydalarına riayət edilməsi və sairə hallar nəzərədə tutulmamışdır. Hesab edir ki, "xxxx" MMC sərnişin daşıma xidməti ilə məşğul olsa da, kifayət qədər avtomobili olmadığından daxil olacaq sifarişləri təmin etmək üçün fərdi sahibkar kimi fəaliyyət göstərməklə mülkiyyətində qeyd edilən avtomobil olan X14 ilə xx.xx.2024-cü il tarixdə 150924 nömrəli xidmət müqaviləsi bağlaması əsaslı olmuş və bu münasibətlərin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinə ehtiyac da olmamışdır. Göstərilənlər onu təsdiq edir ki, "xxxx" MMC-nin rəhbər vəzifəli şəxsi kimi onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi yoxdur. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ regional şöbəsi Ağdam rayon prokuroru tərəfindən "xxxx" MMC-nin rəhbər vəzifəli şəxsi kimi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başladığı inzibatı xəta haqında iş üzrə icraata baxarkən qeyd etdiyi halları nəzərə almadan, işə baxılmasında iştirakı təmin etmədən haqqında qanunsuz və əsassız olaraq inzibati tənbeh verilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar qəbul etmişdir. Onu da qeyd edir ki, heç də təsadüfi deyil Ağdam rayon prokuroru tərəfindən hüquqi şəxs kimi "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başladığı inzibatı xəta haqqında iş üzrə icraata Ağdam Rayon Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(013)-851/2024 saylı qərarı ilə "xxxx" MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə xitam verilmişdir. Hesab edir ki, əməlində inzibati xətanın tərkibi olmadığından və məhkəmənin həmin qərarı onun barəsində olan inzibati xəta haqqında iş üzrə preyudisial xarakter daşıdığından İnzibati Xətalar Məcəlləsinin 53.1.2.və 53.1.7-ci maddələrinə əsasən haqqqımda qəbul edilmiş qeyd edilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilib inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X15 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi, eyni zamanda bildirdi ki, hazırki iş üzrə direktoru olduğu "xxxx" MMC barəsində Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(013)-851/2024 saylı qərarı Gəncə Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərarla dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X17 izahatında bildirdi ki, "xxxx" MMC-nin direktoru X15 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X1 kimi iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş etdi. İş materiallarında olan: • Ağdam rayon prokurorunun 10 dekabr 2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin direktoru X15 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X10 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə vəzifəli şəxs M.Əşrəfov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-nin direktoru X15 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X1 kimi iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunduğuna görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir; • Ağdam Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 3(013)-851/2024 saylı qərarı ilə inzibati xəta tərkibi olmadığından "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd olunur ki, Ağdam rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarında "xxxx" MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X10 26 sentyabr 2024-cü ildən 14 oktyabr 2024-cü il tarixə qədər Ağdam rayonunun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində su kollektoru xətlərinin çəkilməsi ilə əlaqədar sürücü işinin yerinə yetirilməsinə cəlb etməsi göstərilsə də, bu şəxslər arasında əmək münasibətlərinin mövcud olması müəyyən edilməmişdir; • Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 3(104)- 25/2025 saylı qərarına əsasən Ağdam Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 3(013)-851/2024 saylı qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərə əsasən "xxxx" MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X10 26 sentyabr 2024-cü ildən 14 oktyabr 2024-cü il tarixə qədər Ağdam rayonunun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində su kollektoru xətlərinin çəkilməsi ilə əlaqədar sürücü işinin yerinə yetirilməsinə cəlb edildiyi üçün "xxxx" MMC barəsində Ağdam rayon prokuroru tərəfindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, lakin Ağdam Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 3(013)-851/2024 saylı qərarı ilə əməldə inzibati xəta tərkibi olmadığından "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan verilmiş şikayət də Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 3(104)-25/2025 saylı qərarına əsasən təmin edilməmiş və rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X16 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan inzibati xəta ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, qanunvericiliyin tələbləri baxımından da məhkəmənin qanuni qüvvəyə minmiş və ləğv edilməmiş qərarı preyudisial əhəmiyyət daşıdığından və fakt öz təsdiqini tapmadığından, mübahisələndirilən qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə:  Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8-ci maddə);  İnzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.1-ci maddə);  İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər (134.1.3-cü maddə);  Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.5-1-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar