Məhkəmə qərarları › İş №3(006)-1627/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1627/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1627/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş: icra məmuru X7 Zərər çəkmiş şəxs: X3 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 22, mənzil 18-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(006)-2224/2028 saylı icra sənədinə əsasən Şəxs 13 fevral 2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat, habelə 03 yaşına çatana qədər 50 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2(006)-3739/2028 saylı icra sənədinə əsasən Şəxs 15.000 manat məbləğində pul vəsaiti alınaraq X5 verilməlidir. Lakin borclu icra məmurunun qanuni tələblərinə əməl etməyərək heç bir üzürlü səbəblər olmadan aliment borcunu və digər borcunu tam ödəməmiş, nəticədə onun 15.442 manat məbləğində aliment borcu və 15.000 manat məbləğində digər borcu yaranmışdır. Məhkəmə iclasında icra məmuru X11 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(006)-2224/2028 saylı icra sənədinə əsasən Şəxs 13 fevral 2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat, habelə 03 yaşına çatana qədər 50 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2(006)-3739/2028 saylı icra sənədinə əsasən Şəxs 15.000 manat məbləğində pul vəsaiti alınaraq X5 verilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərarlar qəbul edilərək bildirişlərlə birlikdə borclunun icra sənədlərində qeyd edilən ünvanına göndərilmişdir. Lakin icra sənədləri üzrə tələblər könüllü olaraq təmin edilməmişdir. Borclu ona olunan çoxsaylı xəbərdarlıqlara baxmayaraq tələbi təmin etməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmaqdadır. Onu da qeyd edir ki, bu icra sənədləri ilə bağlı Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2023cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilsə də, o, bundan heç bir nəticə çıxarmamış, icra sənədləri üzrə heç bir ödəniş həyata keçirməmişdir. Şəxs icra sənədləri üzrə bu günə aliment borcu 15.442 manat və digər borc isə 15.000 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 izahatında göstərdi ki, Şəxs onun keçmiş bacanağıdır. Şəxs hər dəfə bəhanə gətirərək borcunu ödəyəcəyini bildirsə də, buna əməl etmir, heç bir ödəniş etmir. O, Şəxs hətta borcun yarısını ödəməyi təklif etmiş, lakin sonuncu bununla razılaşmamış, ona olan borcunu uzun müddətdir ödəməmişdir. Onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun maddi imkanı yaxşı olmadığı üçün o, X5 olan borcu üzrə heç bir ödəniş edə bilməmişdir. Onun Tovuz rayonunda fərdi yaşayış evi var, onu satılması ilə əlaqədar razılığa gəlmiş və bununla bağlı 500 manat da beh almışdır. Bununla bağlı əldə edəcək pul vəsaiti ilə qısa müddətə borcunu ödəyəcəyinə söz verir. Bundan başqa, keçmiş arvadı X6 xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Fransa Respublikasında yaşayır və o, uşağını uzun müddətdir ki, görmür. Lakin buna baxmayaraq o, aliment borcunu ödəməkdən yayınmır. Ona vaxt verilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 3(006)-1411/2023 saylı qərarına əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə təqsirli bilinərək ona 15 gün həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(006)-2224/2028 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2(006)- 3739/2028 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 15.442 manat məbləğində aliment borcunu və 15.000 manat məbləğində digər borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə). Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 29 aprel 2024-cü il tarixdən, saat 16:50-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi rayon İcra şöbəsinə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar