Məhkəmə qərarları › İş №3(006)-1631/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1631/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1631/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi ilə, X4 Zaqatala Rayon Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 barəsidə Zaqatala Rayon Polis İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə MN seriyalı ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 xx xxx 2020-ci il tarixdən bəri olduğu və “Covid-19” dan sərbəst ərazi olduğu sertifikatladırılmış X3 iş növbəsini bitirdikdən sonra, xx xxxx 2020-ci il tarixdə ailə üzvləri arvadı X8 və iki azyaşlı uşaqları ilə birlikdə şəxsi avtomobili ilə Şəki rayonu istiqamətində hərəkət etmişlər. Məqsəd Şəki şəhəri Pişnamazzadə 38 ünvanında yerləşən evlərinə getmək və məzuniyyət müddətində orada olmaq olmuşdur. Həmin gün təxminən saat 18:00 -18:40 radələrində Bakı-Ələt yolunun 65-ci kilometrliyində qurulmuş nəzarət buraxılış məntəqəsində yoxlanış zamanı, Şəki şəhərində yerləşən evinin mülkiyyəti təsdiq edən sənədi göstərməklə ona Şəki şəhəri istiqamətində hərəkətini davam etdirməyə icazə verilmişdir. O, Şəkidə bir müddət qaldıqdan sonra ailə üzvləri ilə birlikdə Zaqatala rayonu, Qazangül kəndində “Hope Lake” otel kompleksinin sahibi olan dostu Elman Yüzbaşyevin yanına gedərək orada bir ev kirayələmiş və xx xxxx 2020-ci il tarixədək orada qalmışdır. xx xxxx 2020-ci il tarixdə “Hope Lake” otel kompleksinin ərazisində ailəsi ilə birlikdə kirayələdiyi evin qarşısında nahara hazırlaşarkən Zaqatala RPİ-nin əməkdaşları otelin ərazisinə daxil olmuşlar. Orada ondan ailə üzvlərindən və digər qonaqlardan şəxsiyyəti təsdiq edən və digər sənədləri tələb edərək baxış keçirməklə yoxlanış aparmışlar. O polis əməkdaşlarına bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdən rayon ərazisindədir və buraya respublikanın bir sıra bölgələrində, o cümlədən Bakı və Sumqayıt şəhərlərində sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilməzdən qabaq gəlmişdir. Buna baxmayaraq polis əməkdaşları onun və həyat yoldaşı barələrində İXM-nin 211.1-ci maddəsi ilə müvafiq olaraq protokollar tərtib edilmişdir. O, protokolla razı olmamış və bu barədə protokolda qeyd aparmışdır. Bundan sonra barəsində xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən 200 manat miqdarında cərimə edilmişdir. Lakin həmin qərar ona rəsmi qaydada təqdim edilməmiş, şəxsi elektron hesabında yerləşdirilmiş qərarın isə nömrəsi göstərilməmişdir. xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, o, xx.xx.2020-ci il tarixdə Zaqatala rayonunda yerləşən “Hope Lake” restoranında karantin qaydalarını pozmuşdur, bununla da o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında qərar ona təqdim edilmədiyinə görə qərarın əsaslandırıcı hissəsi ilə tanış deyil. Ona yalnız protokolun surəti verilmişdir. Protokolda isə onun konkret olaraq karantin qaydasını hansı şəkildə pozduğunu, hansı əməlinin inzibati xəta tərkibi yaratdığı göstərilməmişdir. Bundan başqa xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədə ölkə ərazisində xüsusi karantin rejimi elan edildi. Ölkə ərazisində koronavirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə AR Nazirlər Kabineti tərəfindən xx xxxx 2020-ci il tarixdə qəbul edilmiş qərara əsasən, insanların, fərdi evlərində və mənzillərində, daimi və müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunmuşdur. İnsanların fərdi evlərdən və ya mənzillərdən çıxışı yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkün hesab edilmişdir. Mart ayının 24-dən tətbiq edilən xüsusi karantin rejimi sonradan AR Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 saylı, xx xxxxx 2020-ci il tarixli 124 saylı qərarları ilə daha da sərtləşdirildi. Daha sonra isə xx.xx.2020-ci il tarixli 208 saylı və xx xxxx 2020-ci il tarixli 236 nömrəli “xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər” qərarlar bəbul edilmişdir. O hesab edir ki, AR Nazirlər Kabinetinin “COVİD-19” pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin tədbirləri və bununla əlaqəli qərarları AR Konstitusiyasına uyğun deyil. Belə ki, Nazirlər Kabinetinin sözügedən qərarları “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” adlanması mübahisəlidir. Çünki Azərbaycan Respublikasının qanunvericiliyində “xüsusi karantin rejimi” anlayışı nəzərdə tutulmamışdır. Belə görünür ki, bu anlayış NK-nın özfəaliyyətinin məhsuludur. Həmin qeyri-hüquqi “xüsusi karantin rejimi” vətəndaşların bir çox hüquq və azadlıqlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Belə ki, bu rejimə əsasən vətəndaşların hərəkət azadlığı məhdudlaşdırılaraq, yaşayış yerinin yalnız xüsusi icazə olduğu halda tərk edilməsinə icazə verilir. Fərdi evi və ya mənzili xüsusi nömrələrə SMS göndərərək tibb müəssisəsinə getmək üçün və ya ərzaq almaq məqsədi ilə iki saat (hazırda 3 saat) müddətinə tərk etmək olar. Bundan başqa Bakı şəhərində qeydiyyatda olan şəxslər şəhəri tərk edə bilməzlər, sərhədlər bağlanaraq ölkədən çıxış da qadağan edilmişdir. Bundan başqa vətəndaşların sərbəst şəkildə sahibkarlıqla məşğul olmasına icazə verilmir və s. Xüsusi karantin rejiminin yaratdığı məhdudlaşdırmalar və insanların üzərinə qoyduğu əlavə vəzifələr həm Azərbaycan Respublikasının Konstitusiyası, həmdə qoşulduğu konvensiyalara aşkar ziddiyət təşkil edir. Bundan başqa xx xxxx 2020-ci il tarixli qərarla karantin rejimi yenidən sərtləşdirilmiş və hərəkət azadlığı sərt şəkildə məhdudlaşdırılmışdır. Bu qərar xx xxxx 2020-ci il tarixdə saat 00:00-da qüvvəyə minmişdir. O isə Bakı şəhərini xx xxxx 2020-ci il tarixdə tərk etmişdir. Bundan başqa barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol buna səlahiyyəti olmayan orqan və vəzifəli şəxs tərəfindən tərtib edilmişdir.Zaqatala rayon Polis İdarəsinin əməkdaşının tərtib etdiyi protokol və qərar həmdə ona görə qanunsuzdur ki, polisin İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti yoxdur. Belə ki, İXM-nin 43.2-ci və 43-cü maddələrinə müvafiq olaraq Prezidentin x xxx 2017-ci il tarixli 1361 saylı Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda (Siyahı) İXM-nin 211- ci maddəsi də 211.1-ci maddə ilə əvəz edilməlidir. Lakin bu Siyahıda İXM-nin 211-ci maddəsi Siyahı təsdiq ediləndən bəri ümumiyyətlə olmayıb və indi də yoxdur. Bu isə o deməkdir ki, İXM-nin 211-ci maddəsi ilə (indiki halda 211.1.-ci maddəsi ilə) işin məhkəmədə baxılması üçün inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər müəyyən edilməyib. Adı çəkilən Siyahıya İXM- nin 211.1-ci maddəsi əlavə olunmasa da, bu maddə üzrə inzibati xəta üzrə protokolları polis əməkdaşları tərtib edir. Bundan əlavə, İXM-nin 44-cü maddəsinə müvafiq olaraq Prezidentin xx xxxxxx 2017-ci il tarixli 1256 saylı Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1., 2.2., 2.4. və 2.5.-ci bəndlərində müvafiq olaraq İXM-nin 211-ci maddəsi 211.1-ci maddəsi ilə əvəz edilməli və həmin bəndlərə 2.11.2 İXM-yə yeni əlavə olunan 211.2 və 211.3-cü maddələri əlavə edilməli olduğu halda, indiyədək həmin Siyahıda müvafiq dəyişikliklər edilməyib. Bu isə o deməkdir ki, İXM-nin 211.1, 211.2 və 211.3-cü maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər müəyyən edilməyib. Bu göstərilənlər Qanunvericiliyin tələblərinin açıq surətdə pozulmasıdır və barəsində heç bir hüquqi əsas olmadan qəbul edilmiş Zaqatala Rayon Polis İdarəsinin xx xxxx 2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır və barəsində başlanılmış inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş şikayət verən şəxs və qərarı barəsində şikayət verilmiş Zaqatala rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Zaqatala rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:30-da Zaqatala şəhərində yerləşən “Hope Lake” restoranında ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X1 rejimi qaydalarını pozmuşdur. Nəticədə X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X5 izahatında inzibati xəta haqqında protokoldan narazı qaldığını bildirmişdir. -Asanpay internet səhifəsinin çıxarışından görünür ki, X4 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə təqsirli bilinmiş və 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, X5 ünvan 2 ünvanında qeydiyyatdadır, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına və xx xxxx 2020-ci il tarixdə bu qərar qüvvədə olmasına baxmayaraq, həmin Qanunun tələbləri onun tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən olunur ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xx xxxx 2020-ci il saat 00:00-dan x xxxx 2020-ci il saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmiş, müvafiq iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılmış; müəyyən edilmiş şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilməsinə icazə verilmiş; digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və zəruri sahələr üzrə orqanların əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verildiyi müəyyən edilmiş; belə şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərilməsi şərti ilə icazə verilmişdir. Qərarın 2-ci bəndinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli 236 nömrəli qərarına əsasən Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, bu qaydaların müddəti xx xxxx 2020-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd edildiyi kimi, yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhəri və digər ərazilərdə xx xxxx 2020-ci il saat 00:00-dan x xxxx 2020-ci il saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmiş, fəaliyyət və hərəkət etmələrinə icazə verilmiş şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə imkan verən hallar dəqiq müəyyən edilmiş, qərarlarda öz əksini tapmış, görülən tədbirlər, qəbul edilən qərarlar, insanları gözləyən real təhlükə (virusun geniş yayılma ehtimalı), ondan qorunmağın yolları barədə ictimaiyyət geniş məlumatlandırılmışdır. İstinad edilən qanunun mənasına görə, qərardan şikayət vermiş X5, Bakı şəhərində yaşadığı sahəni tərk edərkən müvafiq indeks üzrə müəyyən olunmuş saat çərçivəsində SMS icazə alaraq hərəkət edə bilərdi. Hansı ki, xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərara əsasən müvafiq indeks üzrə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilmişdir. X2 yaşayış yerini və olduğu yeri tərk etmək üçün həmin qərarla müəyyən edilmiş qaydada icazəsi olmadığına görə onun tərəfindən İXM-nin 211.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta artıq törədilmiş hesab edilməlidir, onun karantin rejimlərinin pozulması ilə müşayiət edilən hərəkətinə görə inzibati xətaya görə təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Belə ki, qərardan şikayət vermiş X5 özünün də təsdiq etdiyi kimi Bakı şəhərində qeydiyyatdadır və yaşayır, bununla yanaşı Şəki şəhərində mülkiyyətində evi vardır. Deməsinə görə xx xxxx 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə şəxsi avtomobili ilə Şəki şəhərinə getmiş bir müddət orada qaldıqdan sonra “Hope Lake” oteldə qalacaq yer kirayələmişdir.xx xxxx 2020-ci il tarixdə “Hope Lake” otel kompleksində olarkən Zaqatala RPİ-nin əməkdaşları xüsusi karantin rejimi qaydalarına əməl edilib-edilməməsinin yoxlanılması məqsədi ilə Oteldə yoxlanış zamanı istirahət edən insanlarla yanaşı onun və həyat yoldaşının yaşayış yerini və olduğu yeri tərk etmələri üçün icazələrinin olmadığını aşkar etmişlər və barələrində inzibati xəta haqqında protokol tərtib etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Zaqatala rayon Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar