Məhkəmə qərarları › İş №3(006)-1632/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1632/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1632/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri BPİ DYPİ Yol patrul xidməti tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri BPİ DYPİ Yol Patrul Xidmətinin xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Bakı şəhəri, DYPİ Yol patrul xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə saat təqribən 08:25 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti ilə istifadəmdə olan «CHEVROLET AVEO » minik markalı, **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış və bu zaman guya avtomobili karantin qaydalaranı pozaraq idarə etməyi müəyyən edilmiş, ona görə də İnzibati Xətalar Məcəlləsini 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün barəsində İXP ******* saylı, xx.xx.2020-ci il tarixli X5 protokol tərtib edilmişdir. Bildirmək istəyir ki, Bakı şəhəri, DYPİ Yol patrul xidməti tərəfindən o saxlanarkən 8103 mobil nömrəsinə icazə üçün artıq sms göndərmişdi. Həmin smsi onu saxlayan YPXnin polis mayoruna göstərsə də buna məhəl qoyulmayaraq barəsində protokol tərtib edilmiş və ondan həmin protokola qol çəkməyi tələb edildikdə o imza etməkdən imtina etmişdir. Belə ki, Yol patrul xidməti X4 onu saxlamış, karantin qaydalarını pozub pozmadığını aydınlaşdırmaq məqsədi ilə sual verib səndələrinə baxmış sonra göndərdiyi smsə cavab gəlmədən avtonəqliyyat vasitəsini idarə etməyin İXM-nə əsasən inzibati xəta hesab edildiyini ona deyərək barəsində protokol tərtib edilmişdir. O isə öz növbəsində sms yazdıqdan sonra evdən çıxdığını, buna səbəb kimi evdə hamilə yoldaşının olmasını və ona təcili şəhərdən açıq olan aptekdən dərman almaq üçün çıxdığını demişdir. Lakin onun dediklərinin heç bir mənası olmamışdır. Barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati xəta haqqnda protokol tərtib edilmişdir və bu barədə mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 08:30-da sms vasitəsi ilə məlumat verilmişdir. Halbuki onun icazəsi artıq xx.xx.2020-ci il tarixdə saat 08:09-da göndərdiyi sms, saat 08:24-də 8103 mobil operator vasitəsi ilə təsdiq edilmişdir. Ona protokol isə icazə veriləndən 6 dəqiqə sonra yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasma görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən Bu Məcəllənin 122.7,122.8 və 124.3-cii maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan X5 iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi X5 protokolu və ya X5 iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində X5 iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; Həmin Məcəlləninn 125.2.2.-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqmda elektron protokolun və ya X5 iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; Azərbaycan Respublikası Bakı şəhəri, DYPİ Yol patrul xidməti X4 tərəfindən mən X1 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı X5 Protokolu Azərbaycan Respublikası Bakı şəhəri, DYPİ Yol patrul xidməti X4 tərəfindən mənə rəsmi qaydada verilməmişdir. Bakı şəhəri, DYPİ Yol patrul xidməti X4 tərəfindən mən X1 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı X5 Protokolunda İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğum və həmin maddədə nəzərdə tutulan xətaya yol verməyim qeyd edilmişdir.Lakin həmin xətanın törədilməsini müəyyən edən əlamətlər barədə protokolda heç bir qeydlər aparılmamışdır. Ümumiyətlə Protokol natamam tərtib edilmişdir. Ona görə də Azərbaycan Respublikası Bakı şəhəri, DYPİ Yol patrul xidməti X4 tərəfindən barəmdə protokol tərib edilərəkən aşağıda qeyd edilən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozularaq tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X5 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X5 işin icraatma xitam verilməsi haqqmda qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.3.-cü maddəsinə əsasən İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmişşəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 5.1-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5.3-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən X5 iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən Barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən X5 protokol (prokurorun X5 iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən Barəsində X5 iş üzrə qərar qəbul edilmişşəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Onun barəsində Bakı şəhəri, DYPİ Yol patrul xidməti X4 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı X5 protokolundan aidiyyatı üzrə Bakı şəhəri, BDYPİ-nə şikayət etmişdir. Lakin hələ ki, şkayətin nəticəsi barədə ona rəsmi heç bir məlumat verilməmişdir. Ona görə də məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmişşəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X5 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə İnzibati xəta haqqmda iş üzrə qərardan şikayət və ya protest vermək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə İnzibati xəta haqqmda iş üzrə qərardan şikayət və ya protest verə bilər. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar çıxara bilər. 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X5 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, X5 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. xx.xx.2020-ci il tarixli, İXP ******* saylı X5 protokolun qanunsuz olması oradan görünür ki, o, X2 xx xxxx 2020-ci il tarixdə, saat 08:09 radələrində 8103 mobil operatoru vasitəsi ilə icazə üçün sms göndərmişdir və göndərdiyi smsə 8103 mobil operatorundan xx.xx.2020-ci il tarixdə saat 08.24-də sms gələrək müraciəti təsdiqlənmişdir. Bakı şəhəri, DYPİ Yol patrul xidməti X4 tərəfindən isə xx.xx.2020-ci il tarixdə saat 08:30-da barəsində protokol tərtib edilmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-in 211.1 -ci maddəsi ilə X5 protokol tərtib edilməsini qanunsuz və əsassızdır. Hesab edir ki, Bakı şəhəri, DYPİ Yol Patrul Xidməti X4 tərəfindən onun barəsində tərtib edilmişİXP ******* saylı, xx.xx.2020-ci il tarixli X5 protokola və onun əsasında qəbul edilmiş qərara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X2 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri BPİDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli X5 protokol əsasında qəbul olunmuş xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə o, 200 manat məbləğində inzibati cərimə edilmişdir; Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına və xx xxxx 2020-ci il tarixdə bu qərar qüvvədə olmasına baxmayaraq, həmin Qanunun tələbləri X2 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 236 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xx.xx.2020-ci il saat 00:00-dan xx.xx.2020-ci il saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə xx.xx.2020-ci il saat 00:00-dan xx.xx.2020-ci il saat 06:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmiş, müvafiq şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında; müvafiq şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra; bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə isə 8103 nömrəsinə SMS məlumat göndərərək müəyyən edilmiş indeks üzrə icazə aldıqdan sonra hərəkət etmələrinə icazə verilmişdir. Həmin Qərarın 1.6-cı bəndinə əsasən bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerlərini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 2 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. İnzibati icraat zamanı X2 yaşadığı ünvanını tərk edərkən müvafiq indeks üzrə müəyyən olunmuş saat çərçivəsində SMS icazə alaraq hərəkət etməli olduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarında müəyyən edilmiş qaydada icazə almamışdır. Beləliklə məhkəmə hesab edir ki, X2 yaşayış yerini və olduğu yeri tərk etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada icazəsi olmadığına görə onun tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta artıq törədilmiş hesab edilməlidir, onun karantin rejimlərinin pozulması ilə müşayiət edilən hərəkətinə görə inzibati xətaya görə təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X5 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən X5 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X5 iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X5 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, BPİ DYPİ Yol patrul xidməti tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar