Məhkəmə qərarları › İş №3(006)-1634/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1634/2020

02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1634/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və dediyinə görə Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramanada yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1634/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1333/2020 saylı qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1634/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1131/2020 saylı icra sənədinə əsasən borclu Şəxs xx xxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit sabit pul məbləğində aliment alınıb tələbkar X4 verilməlidir. İcra sənədi üzrə icraata xx xxxxx 2020ci il tarixdə başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin, borclu Şəxs bu günə qədər aliment borcunu tam həcmdə ödəməmişdir. Nəticədə, onun bu günədək ödənilməmiş 2430 (tələbkar ərizəsində 2040 manat olduğunu yazıb) manat aliment borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, tələbkar X4 və icra məmuruna məhkəmə prosesinin yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəmə prosesinə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1131/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx xxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit sabit pul məbləğində aliment alınıb X4 verilməlidir. İş materiallarında olan Nəsimi rayon İcra və probasiya şöbəsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 1131/2020 saylı icra sənədi üzrə həmin tarixdə icraata başlanılmışdır. İş materiallarında olan borclu barədə xx.xx.2020-ci il tarixli e53778/2020-5-39 saylı məlumatın elektron sorğulanması ilə bağlı çıxarışlardan müəyyən edilir ki, onun mülkiyyətində hər hansı dəyərli əşyası və ya əmlakı aşkar edilməmişdir. O, hal-hazırda “Karvan PUB”-da mühafizəçi vəzifəsində işləyərək 250 manat əmək haqqı alır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, e53778/2020-5-39 saylı bildirişdən görünür ki, Şəxs Nəsimi rayon İcra və probasiya şöbəsi tərəfindən tələbin könüllü icrası barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il, xx xxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs X4 aid **********6476735112 saylı hesab nömrəsinə 200 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan X6 ünvanlanmış xx xxxx 2020-ci il tarixli 8075-53778/2020-5- 39 saylı məktubdan görünür ki, icraçı “Karvan PUB”-ın sahibi X6 borclu Şəxs aylıq qazancının və digər gəlirlərinin 70% həcmində, borc ödənildikdən sonra hər ay aylıq qazancından və digər gəlirlərindən 340 (üç yüz qırx) manat məbləğində alimentin tutularaq tələbkarın bank hesabına köçürülməsinə dair göstəriş verilməsi barədə məlumat verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1131/2020 saylı icra sənədinə əsasən borclu Şəxs xx xxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment alınıb tələbkar X4 verilməlidir. Həmin icra sənədi əsasında xx xxxxx 2020-ci il tarixdə Nəsimi rayon İcra və probasiya Şöbəsində icraata başlanmış və 200 (iki yüz) manat pul vəsaiti ödənilmişdir. Nəsimi rayon İcra və probasiya şöbəsində borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş bundan başqa aparılmış icra tədbirləri zamanı borclu barədə xx.xx.2020-ci il tarixli e53778/20205-39 saylı məlumatın elektron sorğulanması ilə bağlı çıxarışlara əsasən borclunun mülkiyyətində hər hansı dəyərli əşyasının və ya əmlakının olmaması, həmçinin onun, hal-hazırda “Karvan PUB”-da mühafizəçi vəzifəsində işləyərək 250 manat əmək haqqı alması müəyyən edilmişdir. Mülkiyyətində hər hansı bir əmlakının olmaması borclu Şəxs əmlak vəziyyətinin göstəricisi olduğu halda, sonuncunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və ya belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, borclu Şəxs məlumatın elektron sorğulanması ilə bağlı çıxarışlara əsasən heç bir əmlakı yoxdur, əvvəllər aliment borcunun bir hissəsini ödəmiş, bundan başqa o, yeni iş yerindən aldığı əmək haqqı vasitəsilə aliment borcunu ödəmək istəyir və bununla bağlı ödənişlər həyata keçirmişdir. Habelə icra məmurunun çağırışlarından yayınmır. Lakin, icra məmuru tərəfindən bu hallara da əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinəəsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, borclunun inzibati xətanı törətməkdə təqsirli bilinəcəyi halda o, İXM-nin həmin maddəsinin dispozisiyasına əsasən ya cərimə olunmalı, ya da inzibati qaydada həbs olunmalıdır. Borcluya belə tədbirlər tətbiq ediləcəyi halda qətnamənin icra olunması daha da çətinləşəcək, yaxud mümkünsüz olacaqdır. Məhkəmə uşağın mənafeyi baxımından çıxış edərək, habelə məhkəmə qətnaməsinin icra olunmasının mümkünlüyü ilə bağlı hesab edir ki, borclunun inzibati xətanın törədilməsində təqsirli bilinməsi yolverilməzdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə,məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar