Məhkəmə qərarları › İş №3(006)-1637/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1637/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1637/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 40, m.109, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 28.04.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə "xxxx" MMC 482.500,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 30.03.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 384.471,60 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, "xxxx" MMC Türkiyənin “X4 Sanayi ve Ticaret Limited Şirketi” ilə alqı-satqı müqaviləsi bağlayaraq malların alışı üçün 30 mart 2020-ci il tarixdə həmin şirkətə 482.500,00 ABŞ dolları qabaqcadan ödəniş etmişdir. Ödəniş edildikdən sonra ölkəyə idxal edilən mallar gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyənnaməsində gömrük əməkdaşının xətası nəticəsində malların kodu “100” əvəzinə “120” ilə rəsmiləşdirilmişdir. Şirkət gömrük bəyənnaməsində gömrük əməkdaşının səhvi nəticəsində düzgün kodlaşdırılmayan malların doğru kod ilə yenidən rəsmiləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Hazırda həmin məsələ öz təsdiqini tapmış, bank tərəfindən də gömrük bəyannamələrinin üzərində qeydlər aparılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan:  "xxxx" ASC tərəfindən 02.04.2022-ci il tarixdə Mərkəzi Banka göndərilmiş məktubda "xxxx" MMC-nin 30.03.2020-ci il tarixdə 482.500,00 ABŞ dolları göndərildiyi, lakin 384.471,60 ABŞ dolları bəyan edilmədiyi qeyd olunmuşdur;  Köçürmə sənədinə əsasən "xxxx" MMC tərəfindən Türkiyədə yerləşən “X5 San. ve Tic. LTD” şirkətinin hesabına 01.03.2020-cı il tarixli, 04 saylı müqavilə üzrə 30.03.2020-ci il tarixdə əvvəlcədən ödəniş kimi 482.500,00 ABŞ dolları məbləğində pul göndərilmişdir;  **********9840, **********9884, **********9816, **********5696, **********4047, **********4014, **********7064, **********5523 və **********4469 saylı gömrük bəyannamələrinə görə Türkiyədə yerləşən “X5 San. ve Tic. LTD” şirkəti tərəfindən "xxxx" MMC-yə 01.03.2020-ci il tarixli, 04 saylı müqavilə üzrə 25.699,50, 56.553,00 və 28.410,91 ABŞ dolları dəyərində göndərilmiş mallar 22.06.2021-ci il tarixdə, 91.919,80 ABŞ dolları dəyərində mallar 02.07.2020-ci il tarixdə, 39.855,50 və 245.042,00 ABŞ dolları dəyərində mallar 05.08.2021-ci il tarixdə, 139.262,00 ABŞ dolları dəyərində mallar 13.08.2020-ci il tarixdə, 842,80 ABŞ dolları dəyərində mallar 18.11.2020-ci il tarixdə və 131.000,00 ABŞ dolları dəyərində mallar 30.12.2020-ci il tarixdə ölkəyə idxal olunmuşdur;  "xxxx" ASC-nin 03.06.2022-ci il tarixli, ZB-7787 saylı məktubunda qeyd edilir ki, "xxxx" MMC tərəfindən avans kimi 30.03.2020-ci il tarixdə ödənilmiş 482.500,00 ABŞ dolları **********9840, **********9884, **********9816, **********5696, **********4047, **********4014, **********7064, **********5523 və **********4469 saylı gömrük bəyannamələri ilə bağlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmədə müəyyən edilir ki, "xxxx" MMC ilə Türkiyədə yerləşən “X5 San. ve Tic. LTD” şirkəti arasında 01.03.2020-cı il tarixli, 04 saylı müqavilə bağlanılmış, həmin müqavilə üzrə MMC 30.03.2020-ci il tarixdə əvvəlcədən ödəniş kimi bu şirkətin hesabına 482.500,00 ABŞ dolları məbləğində pul göndərmiş və bu vəsait hesabına alınan mallar hələ 2020-ci il ərzində **********9840, **********9884, **********9816, **********5696, **********4047, **********4014, **********7064, **********5523 və **********4469 saylı gömrük bəyannamələri ilə ölkəyə idxal olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından "xxxx" MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar