Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1643/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X1, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 13-cü km; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş 22.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7 ünvanında yerləşən “M+5 supermarket” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımını həyata keçirmiş və bu fakt 22.06.2021-ci il tarixdə, saat 15:50 radələrində aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs MMC Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7 ünvanında yerləşən “M+5 supermarket” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımını həyata keçirmişdir. Agentliyin əməkdaşları tərəfindən bu fakt 22.06.2021-ci il tarixdə, saat 15:50 radələrində aşkar edilmişdir. Reklam lövhəsinin ölçüsü 1 kv.m-dən böyük idi. Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və məlumat üçün cəmiyyətə də göndərilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X6 tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq izahatında bildirdi ki, icarəyə verən X4 ilə icarəçi Şəxs MMC arasında bağlanmış icarə müqaviləsinə icarədə olan Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi fəaliyyətini dayandırdığı üçün 01 iyun 2021-ci il tarixindən xitam verilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunduğu zaman onlar həmin ünvanda fəaliyyət göstərməmişlər. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir İş materiallarında olan 22.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş fotoşəkillərə əsasən Şəxs MMC Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7 ünvanında yerləşən “M+5 supermarket” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. İş materiallarında olan icarə müqaviləsinə xitam verilməsi barədə 01 iyun 2021-ci il tarixli akta əsasən X4 ilə icarəçi Şəxs MMC arasında bağlanmış icarə müqaviləsinə icarədə olan Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi fəaliyyətini dayandırdığı üçün 01 iyun 2021-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan X4 ilə icarəçi "xxxx" MMC arasında bağlanmış 09 iyun 2021-ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən icarəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binasını "xxxx" MMC-yə icarəyə vermişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət yaranır. Beləliklə, məhkəmə baxışı zamanı 22 iyun 2021-ci il tarixdə, yəni inzibati xəta haqqında protokol tərtib edilən zaman ünvan 2 ünvanda yerləşən obyektin Şəxs MMC-yə aidiyyəti olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, Şəxs MMC-nin qeyd edilən ünvanda yerləşən obyektə dair icarə müqaviləsinə 01 iyun 2021-ci il tarixdən xitam verildiyi və icarə müqaviləsinin başqa hüquqi şəxs ilə bağlandığı müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1643/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1643/2021
13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver