Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1644/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikasının İqtisadiyyat tərtib etmiş: Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-in qanuni təmsilçisi X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., 1-ci Y/M, döngə 3, ev 90a, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi üzrə tərtib olunmuş 17.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus, ünvan 2 ünvanda yerləşən aptekdə 17.06.2021-ci il tarixdə qiymət intizamı pozularaq satışda olan malların üzərində qiymət kağızları olmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X6 izahatında bildirdi ki, vətəndaş X2 Nazirliyin “Çağrı Mərkıəzi”nə müraciət edərək göstərmişdir ki, “Zolomaks” əmtəə nişanlı dərman preparatının qiymətinin Tarif Şurası tərəfindən 3,62 manat dəyərində müəyyən edilməsinə baxmayaraq, 07.06.2021-ci il tarixdə ünvan 2 ünvanda fəaliyyət göstərən Şəxs adlı aptekdə ona 2 qutusunun 22 manat qiymət artımı ilə baha satılıb. Bununla əlaqədar Xidmət tərəfindən Şəxs MMC-yə məxsus, ünvan 2 ünvanda yerləşən aptekdə 17.06.2021-ci il tarixdə plandankənar yoxlama keçirilmiş və müəyyən edilmişdir ki, “Zolomaks” əmtəə nişanlı dərman preparatı həmin vaxtı aptekdə satışda olmamış, eyni zamanda qiymətləri Tarif Şurası tərəfindən təsdiq edilmiş 3 ədəd Ukrayna istehsalı “Qalopril forte”, 2 ədəd Sloveniya istehsalı “Elitseya” və 3 ədəd Ukrayna istehsalı “Triftazin-Zdorovye” adlı dərman vasitələrinin üzərində qiymətlər göstərilməmişdir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2015-ci il tarixli, 209 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 6.1-ci bəndinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X5 izahatında göstərdi ki, onun rəhbərlik etdiyi şirkətə məxsus, ünvan 2 ünvanda yerləşən aptekdə dərman vasitələri Tarif Şurasının müəyyən etdiyi qiymətlərə satılır. 17.06.2021-ci il tarixdə aptekdə aparılan yoxlama ilə bağlı bildirir ki, həmin günü saat 10- 11 radələrində aptekə “Avromed” şirkətindən xeyli sayda yeni dərmanlar gətirilmiş, orada da işləyən işçi həmin malları bir-bir yoxlamış, satışa çıxarılıb piştaxtaların üzərinə qoyulan dərmanların üzərinə qiymət yapışdırmışdır. Aşkar olunan 3 adda dərman vasitələri isə ümumiyyətlə hələ satış üçün yerləşdirilməmiş və onlar otaqda masanın üzərində olmuş, hətta “Elitseya” adlı dərmanın istifadə müddətinin sonu yaxınlaşdığına görə geri qaytarılmaq üçün nəzərdə tutulmuşdur. Şəxs MMC-nin əməlində heç bir inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - İqtisadiyyat Nazirliyinin “Çağrı Mərkəzi” tərəfindən tərtib edilmiş Müraciətçinin şikayət vərəqəsində (№595) qeyd olunur ki, vətəndaş X2 “Zolomaks” (Latviya istehsalı, təsiredici maddə dozası 0,5 mq, ticarət qablaşdırılması - Blister) əmtəə nişanlı dərman preparatının qiymətinin Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən 3,62 manat dəyərində müəyyən edilməsinə baxmayaraq, 07.06.2021-ci il tarixdə ünvan 2 ünvanda fəaliyyət göstərən Şəxs adlı aptekdə ona 2 qutusunun 22 manat qiymət artımı ilə baha satıldığını iddia edir. Bununla bağlı sözügedən aptek tərəfindən istehlakçı hüquqlarının pozulduğunu bildirərək qanuni tədbirlərin görülməsini xahiş edir; - Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 17.06.2021-ci il tarixli, 000012 saylı qərar qəbul edilmişdir; - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 17.06.2021-ci il tarixli, KY211584890 saylı Çıxarışa əsasən Şəxs MMC-yə məxsus ünvan 3 ünvanda yerləşən obyektdə 17-18 iyun 2021-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsinə icazə verilir; - 17.06.2021-ci il tarixli, 000013 saylı Yoxlama Aktına görə Şəxs MMC-yə məxsus ünvan 3 ünvanda yerləşən aptekdə “Zolomaks” əmtəə nişanlı dərman preparatı həmin vaxtı satışda olmamış, eyni zamanda qiymətləri Tarif Şurası tərəfindən təsdiq edilmiş 3 ədəd Ukrayna istehsalı “Qalopril forte”, 2 ədəd Sloveniya istehsalı “Elitseya” və 3 ədəd Ukrayna istehsalı “Triftazin-Zdorovye” adlı dərman vasitələrinin üzərində qiymətlər göstərilməmişdir. Dərman vasitələrinin şəkilləri akta əlavə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2015-ci il tarixli, 209 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na əsasən: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) tərəfindən tənzimlənir (1.3-cü bənd); Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir (1.4-cü bənd); Aptek təşkilatlarında satılan dərman vasitələrinin üzərində dövlət tərəfindən tənzimlənmiş qiymətlər göstərilməlidir (6.1-ci bənd); Dərman vasitələrinin üzərində pərakəndə satış qiymətlərinin göstərilməsi istehsalçılar tərəfindən təmin edilir. Dərman vasitələrinin ƏDV daxil olmaqla, təsdiq edilmiş pərakəndə satış qiymətləri onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilir. Qiymətin qablaşdırmanın üzərində çap edilməsi mümkün olmadıqda, dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyi tərəfindən müəyyən edilmiş digər üsullarla göstərilir (6.2-ci bənd); Dərman vasitələrinin satışında qiymət intizamına, o cümlədən dərman vasitələrinin qiymətlərinin bu Qaydanın 6.2-ci bəndinə uyğun olaraq göstərilməsinə nəzarəti Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyi həyata keçirir (6.3-cü bənd). Beləliklə məhkəmədə müəyyən olunur ki, Şəxs MMC-yə məxsus, ünvan 2 ünvanda yerləşən aptekdə 17.06.2021-ci il tarixdə qiymət intizamı pozularaq satışda olan 3 ədəd Ukrayna istehsalı “Qalopril forte”, 2 ədəd Sloveniya istehsalı “Elitseya” və 3 ədəd Ukrayna istehsalı “Triftazin-Zdorovye” adlı dərman vasitələrinin üzərində qiymət kağızları olmamışdır. Məhkəmə Şəxs MMC-nin qanuni təmsilçisinin hüquqi şəxsin müdafiəsi üçün gətirdiyi dəlilləri əsaslı hesab etmir, onları məsuliyyətdən yayınmaq məqsədi daşıdığını bildirir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “S.A.B. MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbehin aşağı həddinə uyğun tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1644/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1644/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver