Məhkəmə qərarları › İş №3(006)-1644/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1644/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1644/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayət vermiş X3, qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin yolnəqliyyat hadisələri şöbəsinin baş inespektoru X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin TP ******* saylı, 29 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin TP ******* saylı, 29 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1027/2024 saylı, 18 mart 2024-cü il tarixli qərarı ilə X3 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 08 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün yenidən həmin orqana göndərilmişdir Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 07 mart 2024-cü il tarixdə saat 20:35 radələrində özünə məxsus “Opel Astra” markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobili ilə X7 istiqamətindən Puşkin küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində işıqforun yaşıl işığında hərəkətdə olarkən D.Əliyeva küçəsindən işıqforun qırmızı işığında yüksək sürətlə hərəkət edən “Toyota Corolla” markalı avtomobil onun avtomobilinə çırpılmışdır. Zərbənin təsirindən onun avtomobili sol tərəfində olan avtomobilə dəymişdir. Lakin həmin avtomobil hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra, hadisə yerinə Bakı şəhər BPİ X8 İdarəsinin polis mayoru Bəxtiyar Həsənov gəlmiş və sənədlərini götürərək onları polis idarəsinə dəvət etmişdir. Lakin heç bir araşdırma aparılmadan onun günahkar hesab edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1027/2024 saylı, 18 mart 2024-cü il tarixli qərarı ilə X3 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 08 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün yenidən həmin orqana göndərilmişdir. Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazdıqdan sonra polis mayoru Lətif Həsənov onu idarəyə dəvət etmiş, lakin heç bir araşdırma aparmadan, yəni kamera görüntülərini almaqdan imtina etmişdir. Nəticədə hadisədə iştirak edən üçüncü avtomobil bugündək tapımamışdır. Qeyd olunanları nəzərə alaraq, TP ******* saylı, 29 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq, mühafizə polisinin idarə etdiyi xidməti avtomobilin onun idarə etdiyi avtomobili sağ tərəfdən vurduğunu, daha sonra hadisədə zərər dəymiş üçüncü avtomobilin sürücüsünə mühafizə polis əməkdaşlarının yaxınlaşaraq nəsə deməsindən sonra üçüncü avtomobilin hadisə yerindən uzaqlaşdığını, sonradan isə onun haqsız olaraq cərimə edildiyini bildirərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında şikayətin dəlillərinin əsassız olduğunu və iş materiallarına əlavə edilmiş video diskdən də göründüyü kimi X3 inzibati xətanı törətməsi sübut olunduğundan verilmiş şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş TP ******* nömrəli, 29 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Opel Astra” markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, D.Əliyeva küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin tələbinə zidd olaraq yolayrıcını keçmə qaydasını pozduğuna görə yol-nəqliyyat hadisəsi törətmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəməyə təqdim edilən CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 idarə etdiyi “Opel Astra” markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, D.Əliyeva küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin tələbinə zidd olaraq yolayrıcını keçmə qaydasını pozduğuna görə yol-nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 41-ci bəndinin tələbinə görə yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edəbiləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 75-ci maddəsinin İİ hisssinin tələbinə görə əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Opel Astra” markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, D.Əliyeva küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin tələbinə zidd olaraq yolayrıcını keçmə qaydasını pozduğuna görə yol-nəqliyyat hadisəsi törətmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş TP ******* saylı, 29 aprel 2024-cü il tarixli qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin TP ******* saylı, 29 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar