Məhkəmə qərarları › İş №3(006)-1645/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1645/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1645/2020 10.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə X3 Exports B.V. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (hüquqi ünvanı: ünvan 1 VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə «X3 Exports B.V. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi mülkiyyətində olan “Volkswagen Tiguan” markalı, H022861 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X3 Exports B.V. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X4 izahatında göstərdi ki, şirkət mülkiyyətində olan “Volkswagen Tiguan” markalı, H022861 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə inzibati xətanı törətmiş sürücü barədə məlumatın verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsindən xx.xx.2020-ci il tarixdə daxil olmuş sorğuya xx.xx.2020-ci il tarixdə rəsmi qaydada cavab vermiş və bu məktub həmin tarixdə polis şöbəsinə çatdırılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, X3 Exports B.V. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən cəmiyyətə məxsus “Volkswagen Tiguan” markalı, H022861 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2020-ci il tarixdə həmin cəmiyyətə çatdırılmışdır; - X3 Exports B.V. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinə ünvanlanmış cavabda xx.xx.2020-ci il tarixdə H022861 dövlət qeydiyyat nişanlı avtomobili Türkiyə Respublikasının vətəndaşı Osman Özcanın (Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi- MYİ 0444387) idarə etdiyi qeyd olunmuş və “YAPS” şirkətinin 502897 saylı poçt qəbzinə əsasən bu məktub polis şöbəsinə xx.xx.2020-ci il tarixdə çatdırılmışdır. Beləliklə aydın olur ki, X3 Exports B.V. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olan “Volkswagen Tiguan” markalı, H022861 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunla müəyyən edilmiş vaxtda cavab verilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Exports B.V. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar