Məhkəmə qərarları › İş №3(006)-1651/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1651/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1651/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:10 radələrində özünə məxsus “Honda İnsight” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan mopedçi Zərərçəkmiş şəxs idarə etdiyi “Honda” markalı mopedin arxa hissəsindən toqquşmuş, toqquşma nəticəsində Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs törədilmiş inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 18:10 radələrində özünə məxsus olan “Honda İnsight” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə hərəkətdə olarkən onun qarşısında hərəkətdə olan “Honda” markalı mopedin sürücüsü piyadalar üçün nəzərdə tutulmuş piyada keçidində dayanıb piyadaya yol verərkən gözlənilmədən həmin mopedin arxasında vurmuş və mopedin sürücüsü bədən xəsarəti almışdır. Həmin vaxt idarə etdiyi avtomaşında tək olmuş və heç bir bədən xəsarəti almamışdır. İlkin olaraq Zərərçəkmiş şəxs köməklik göstərmiş, lakin sonradan onunla əlaqə yarada bilmədiyi üçün müalicəsi ilə bağlı xərcini qarşılaya bilməmişdir. Hal-hazırda törədilən əməldən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı xərcləri ödəməyə hazır olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs yol nəqliyyat hadisəsi ilə əlaqədar tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə, saat 18:10 radələrində özünə məxsus olan 2019-cu il buraxılışlı “Honda” markalı mopedlə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində piyadalar üçün nəzərdə tutulmuş piyada keçidində dayanıb piyadaya yol verərkən onunla eyni istiqamətdə hərəkətdə olan “Honda İnsight” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü onun idarə etdiyi mopedi arxadan vurmuşdur. Həmin vaxt müxtəlif bədən xəsarətləri almışdır. Hadisə nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş maddi ziyanın müəyyən hissəsi sığorta tərəfindən ödənilmiş, lakin hadisədən sonra Şəxs ilə görüşə bilmədiyi üçün müalicəsi ilə bağlı xərcləri özü qarşılamışdır. İzahatının sonunda Şəxs təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETTB tərəfindən verilən 491 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol dirsək oynağı və sol said nahiyəsinin dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol kürək nahiyəsinin, sol saidin və sağ budun sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər vədərəcəsinə görə ümumilikdə sağlamlığtn qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Bakı şəhəri Nəsimi rayon X2 şöbəsinin təhqiqatçısı Samir Ələkbərov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən yuxarıda qeyd edilmiş hadisə ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzabat xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün və zərərçəkmiş şəxsin izahatları, Nəsimi rayon Polis İdarəsi DYPŞ-nin YNH üzrə baş inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar