Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1651/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 69, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 29.03.2022ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli, 29.03.2022-ci il tarixli inzibati xəta haqqında protokola görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mülkiyyətində olan «Khazar Peugeot» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 14.01.2022-ci il tarixdə saat 16:43-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 bildirmişdir ki, tərtib olunmuş protokolla razı deyillər. Belə ki, «Khazar Peugeot» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olan şəxs barəsində məlumatlar Şirkət tərəfindən Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nə 06.01.2022-ci il tarixli, 10/06-3 nömrəli məktubla öncədən təqdim edilmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus «Khazar Peugeot» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 14.01.2022-ci il tarixdə saat 16:43-də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu 26.01.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə ünvanlanmış 06.01.2022-ci il tarixli, 10/06-3 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mülkiyyətində olan avtonəqliyyat vasitələrinin sürücülərinin qoşmada olan siyahıda göstərilən şəxslər olduğunu və həmin sürücülərin avtonəqliyyat vasitələrini idarə etmək səlahiyyətinin 31.03.2022-ci il tarixinə qədər müəyyənləşdirildiyini bildirmişdir. Sözügedən məktuba qoşma olaraq əlavə edilən sürücülərin siyahısında 5-ci bənddə «Khazar Peugeot» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini X1 idarə etdiyi qeyd olunmuş və "xxxx" MMC-nin N ********* saylı poçt qəbzinə əsasən polis şöbəsinə göndərilmişdir. Beləliklə aydın olur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mülkiyyətində olan «Khazar Peugeot» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 14.01.2022-ci il tarixdə saat 16:43-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumat qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1651/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1651/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver