Məhkəmə qərarları › İş №3(006)-1655/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1655/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1655/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – x1, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1995-ci ildə İmişli rayonu, Boşçallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Boşçalılar ərazi dairəsi, Boşçalılar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 70 manat dəyərində 01 ədəd “x5” markalı mobil telefon aparatını danışmaq adı ilə ələ keçirərək dələduzluq yolu ilə özgənin əmlakını talamış, daha sonra mənzildən Zərərçəkmiş şəxs yuxulu olmasından istifadə edərək 500 manat dəyərində 01 ədəd “Honar X8” markalı mobil telefon aparatını oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru x3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə Şəxs ilkin olaraq 70 manat dəyərində 01 ədəd “x5” markalı mobil telefon aparatını danışmaq adı ilə dələduzluq yolu ilə ələ keçirmiş, daha sonra isə sərbəst giribçıxdığı daxil olmasına heç bir məhdudiyyət qoyulmayan Zərərçəkmiş şəxs evinə daxil olaraq orada 500 manat dəyərində 01 ədəd “Honar X8” markalı mobil telefon aparatını gizli olaraq talayıb oğurluq etmişdir. Onu da qeyd edir ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə təqsirli bilinərək 01 ay müddətinə inzibati həbs edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 151 B saylı ünvanda azyaşlı oğlu ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə qonşuluqda kirayədə yaşayan Şəxs azyaşlı uşağını aldadaraq 70 manat dəyərində 01 ədəd “x5” markalı mobil telefon aparatını danışmaq adı ilə ələ keçirmiş, yaşadığı evdən isə onun xəbəri olmadan 500 manat dəyərində 01 ədəd “Honar X8” markalı mobil telefon aparatını götürərək çıxıb getmişdir. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə, təxminən saat 10 radələrində elektirik cərəyanına taxılı olan 01 ədəd “x5” markalı mobil telefon aparatını götürüb evdən həyətə çıxdığı zaman Floranın oğlunu görmüş və ondan 01 ədəd “Honar X8” markalı mobil telefon aparatını evdən götürüb ona verməsini bildirmişdir. Bundan sonra Floranın azyaşlı oğlu həmin mobil telefonu götürüb ona vermişdir. O, həmin telefonları ümumilikdə 110 manata satmışdır. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində Flora onun kirayə qaldığı evə gələrək mobil telefonlarını nə etdiyini soruşduqda, o da ona həmin mobil telefonları satdığını deyib telefonların üzərində olan nömrələri ona vermişdir. Vurulmuş zərərin ödənilməsi üçün ona vaxt verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumata əsasən Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə təqsirli bilinərək 01 ay müddətinə inzibati həbs edilmişdir. Məhkəmə onun tərəfindən eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdə, saat 14:05-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar