Məhkəmə qərarları › İş №3(006)-1663/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1663/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1663/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müqavil oğlunun Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, Şimal Tingliyi 1-ci sıra ev 14-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “3-cü mikrorayon“bazarında hərəkətdə olan vaxt yolun sağında dayanmış Zərərçəkmiş şəxs Müqavil oğlunu ehtiyatsızlıqdan vuraraq sonuncuya yüngül dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən yayınmışdır. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 08:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “3-cü mikrorayon bazarı”nda hərəkətdə olan vaxt yolun sağında, adını sonradan bildiyi Zərərçəkmiş şəxs Müqavil oğlu arxaya gələrkən avtomobilinin qabağ sağ təkərinə toxunmuşdur. O, dərhal avtomobili saxlayıb düşmək istəmiş, bu zaman Zərərçəkmiş şəxs onu təhqir etmiş, orada olan şəxslər də “fikir vermə, sür get“ dedikləri üçün oranı tərk etmişdir. Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı müraciət etdiyini sonradan bilmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Müqavil oğlu izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 08:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “3-cü mikrorayon bazarı”nda dayanarkən qəfildən arxadan keçən “Toyota Prius” markalı avtomobil ayağının üstündən keçmişdir. Bu zaman o qışqıraraq sürücüdən avtomobilin geri çəkilməsini istəsə də, sürücü təkrar onun ayağının üstündən keçmişdir. O, həmin sürücünü saxladıb ona iradını bildirsə də, adını sonradan bildiyi Şəxs ona “korsan, görmürsən” deyərək avtomobili sürüb getmişdir. Bundan sonra o, ayağından aldığı xəsarətlə bağlı xəstəxanaya müraciət etmişdir. Ona vurulmuş ziyan ödənilməsə də, Şəxs himayəsində olan uşaqlarına görə onu bağışlayır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “3-cü mikrorayon bazarı”nda baş vermişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 282 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Müqavil oğlunun bədənində aşkar olunmuş xəsarətlər – sağ aşıq-baldır oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi bərk küt əşyanın təsirindən xx.xx.2024cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür; • 12.08.2015-ci il tarixli, AC seriyalı, 902070 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B, C” kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • 04.08.2022-ci il tarixli, BB280902 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 məxsusdur və bu avtomobil xx.xx.2024cü il tarixli etibarnamə ilə xx.xx.2024-cü il tarixədək idarə edilməsi üçün Şəxs verilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 51/2-12215 saylı məktubunda Şəxs sürücülük vəsiqəsində 08 balın olması qeyd olunmuşdur; • “hesab.az” onlayn xidmətlər portalı vasitəsilə əldə olunmuş çıxarışa əsasən Şəxs yol hərəkəti qaydalarının pozulması ilə bağlı qəbul edilmiş 20-dən çox qərarlar üzrə ödənilməmiş cərimələri mövcuddur. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları, o cümlədən onun əvvəllər də yol hərəkəti qaydalarını pozduğu üçün məsuliyyətə cəlb edilməsini və xeyli sayda ödənilməmiş cərimələrinin olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin aşağı həddinə uyğun tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar