Məhkəmə qərarları › İş №3(006)-1664/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1664/2021

17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1664/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında “X3 Exports B.V.” iş üzrə icraat aparılan hüquqi şəxs: şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə “X3 Exports B.V.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 75, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 17.06.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə “X3 Exports B.V.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi mülkiyyətində olan “Scoda Octavia” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 05.02.2021-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3 Exports B.V.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, şirkətin mülkiyyətində olan “Scoda Octavia” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 05.02.2021-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumatın verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Dövlət X4 15.02.2021-ci il tarixdə daxil olmuş 392524 saylı sorğuya verilmiş cavab 16.02.2020-ci il tarixdə həmin quruma çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:  Bakı şəhər Nəsimi Rayon Dövlət X6 392524 saylı məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, “X3 Exports B.V.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən cəmiyyətə məxsus “Scoda Octavia” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 05.02.2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu 15.02.2021-ci il tarixdə həmin cəmiyyətə çatdırılmışdır;  “X3 Exports B.V.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 16.02.2020-ci il tarixli məktubla Bakı şəhəri Nəsimi Rayon Dövlət X7 ünvanlanmış cavabda **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 idarə etdiyi qeyd olunmuş və “YAPS” Məktub və bağlamaların daşınması xidmətinin 522865 saylı poçt qəbzinə əsasən bu məktub polis şöbəsinə 16.02.2020-ci il tarixdə çatdırılmışdır. Beləliklə aydın olur ki, “X3 Exports B.V.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olan “Scoda Octavia” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 05.02.2021-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumat qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Nəsimi Rayon Dövlət X7 təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “X3 Exports B.V.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar