Məhkəmə qərarları › İş №3(006)-1667/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1667/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1667/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X1 Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentində baş vermiş mübahisə faktı əsasında X9 Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində toplanmış HK-1/19 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X8, X10 və X3 əməllərində xırda xuliqanlıq inzibati xətası olduğundan onların barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti X12 Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə təqdim edilməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis idarəsinin X9 Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı polis polkovnik-leytenantı X4 öz qərarında göstərmişdir ki, X8, X10 və X3 əməllərində xırda xuliqanlıq inzibati xətası olduğundan onların barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən inzibati tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti X12 Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə təqdim olunmalıdır. Məhkəmənin diqqətinə çatdırır ki, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolunun və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilməsi və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Yəcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 50 (əlli) manat cərimə edilmişəm. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olur. Onun şöbəsində işləyən və müdafiə etdiyi şəxs Azad Azayev Azərbaycan Respublikasının torpaqlarının qorunmasında, yəni 2016-cı ilin aprel döyüşlərində iştirak edib, N hərbi hissənin əsgəri olmuşdur. Şöbədə işləyən Azad Azayevin 236 manat əlavə mükafatını kəsdiyinə görə, şöbə işçiləri ilə birgə Departamentin rəisi Azər Fərəcovun yanına qalxaraq buna aydınlıq gətirmək istəmişlər, orada hər hansı bir qanunvericilik pozuntusu etməmişlər, sadəcə olaraq danışaraq məsələyə aydınlıq gətirmək istəmişlər. Departamentin rəisi Azər Fərəcov ucadan qışqıraraq onları otaqdan qovmuş, idarənin mühafizəçilərini çağırmış, bu zaman, o məcbur olaraq 102 xidmətinə zəng vurmuşdur. Bir daha dəqiqliyi ilə izah edə bilər ki, onlar orada əmək funksiyalarını pozmamış və hər hansı bir xırda xuliqanlıq etməmişlər. O qərarın Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 510-cu maddəsi ilə cəzalandırılması hissəsindən narazıdır. Bu səbəbdən də, həmin qərar inzibati tənbeh edilməsi hissəsində ləğv edilməli və barəmdə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması səbəbindən xitam verilməlidir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan əlavə, protokol və onun əsasında verilmiş qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki hallan tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında qərar qəbul edilmiş, ondan izahat alınaraq zəruri araşdırma aparılmamış, hər hansı bir əmək funksiyalarının pozulmasına səbəb olan hissələr dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 510-cu maddəsiin ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsaəsn, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 127-6.1-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 127-6.2-ci maddəsinə əsasən, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 127-6.3cü maddəsinə əsasən, bu Məcəllənin 127-6.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsaəsn, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 127- 6.1-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 127- 6.2-ci maddəsinə əsasən, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 127-6.3-cü maddəsinə əsasən, bu Məcəllənin 127-6.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Yuxarıda göstərdiyi əsaslara istinad edərək, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolunun və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilməsi və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, o, 28 il "xxxx" QSC-də müxtəlif vəzifələrdə xəbərdarlıq belə almadan işləmişdir. O əvvəllər başqa idarədə işləsə də, sonradan ona azad olunduğu şöbədə iş vəziyyətinin pis olması əsas gətirilərək həmin şöbəyə işləmək üçün dəvət olunmuşdur. Onun işlədiyi şöbədə Azad Azayevə birinci dəfə töhmət verilmiş, sonradan ikinci dəfə töhmət verilərkən həmin sənədə imza çəkməmişdir. Buna görə də, "xxxx" QSCnin vəzifəli şəxsi Azər Fərəcov ona qarşı prinsipial mövqedə olmuşdur. Hadisə vaxtı Azər Fərəcov onları görən kimi mühafizəçiləri çağırmış, o da məcbur olaraq DİN-nin 102 xidmətinə zəng etmişdir. Hadisə yerinə gələn polis əməkdaşları əvvəl onların mövqeyini dəstəkləsə də, sonradan mövqelərini dəyişmişlər. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də, məhkəmə işə inzibati orqan Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsinin səlahiyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin çıxışını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. HK-1/19 nömrəli materialda olan 17 fevral 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il saat 21:07 radələrində DİN-nin “102 zəng xidmətindən” daxil olmuş məlumata əsasən Bakı D/Y vağzalının ərazisində "xxxx" QSC-nin Planlaşdırma və İcraya nəzarət departamentinin rəisi Azər Fərəcovun tabeçiliyində olan "xxxx" QSC-nin sərnişin daşımaları departamentinin şöbə rəisini öz xidməti otağına dəvət edərək, mühafizəçilər vastəsi ilə güc tətbiq etdirərək digər işçinin işdən azad olması üçün imza atmasına məcbur edilmişdir. Daxil olmuş məlumatın araşdırılması məqsədilə tərəfindən hər 3 (üç) şəxsin X3, mühafizəçi X6 və digər işçi Azad Azayevin zahatları alınmışdır. HK-1/19 nömrəli materialda olan 14,17 fevral 2025-ci il tarixli aktdan görünür ki, ADY-nin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılov, Departamentin Biznesin inkişafı və satışa dəstək şöbəsinin rəisi Mahmud Mustafayev, Departamentin hüquq məsləhətçisi Murad Abasquliyev, İnsan resursları şöbəsinin mütəxəssisi Əvəz Muradov, Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin aparıcı mütəxəssisi Murad Yusufov bu aktı ondan ötrü tərtib etdik ki, xx.xx.2025-ci il tarixində təxminən saat 17:49 radələrində ADY-nin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin Planlaşdırma və icraya nəzarət şöbəsinin rəisi X7 Departament rəisinin xidməti otağına daxil olaraq özünəməxsus mobil telefon vasitəsilə qarşı tərəfin razılığı olmadan qanunsuz və əsassız olaraq audio və video qeydiyyat aparmış, yüksək səs tonu ilə danışaraq Departament rəisinə qarşı qeyri-etik ifadə və hərəkətlərə yol vermişdir. Ona xidməti otaqdan getməsi təklif olunsa da, o, xidməti otağı uzun müddət tərk etməyərək Departament rəisinin iş rejimini pozmuş, görülməli olan işlərin keyfiyyətli və vaxtında icra edilməsinə ciddi mane törətmişdir. Bundan sonra ADY-nin Mühafizə departamentinin əməkdaşlarına müraciət edilmiş, onlar Departament rəisinin xidməti otağına gəlsələr də, Ziyad Dəmirov xidməti otağı tərk etməyərək qayda pozuntularını davam etdirmişdir. Sonrakı mərhələdə saat 18:59 radələrində X9 Polis İdarəsinin əməkdaşlarının müdaxiləsi nəticəsində o, xidməti otağı tərk etmişdir. Əlavə olaraq Ziyad Dəmirova bu hadisədən sonra xx.xx.2025-ci il tarixində əvvəlcədən ADY-nin Sərnişin daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılov tərəfindən məlumat verilərək həmin gün səhər saatlarında planlaşdırma iclasında iştirak etməsinə zərurət olmadığına dair elektron məktubla, həmçinin “whatsapp” mobil tətbiqi vasitəsilə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, Ziyad Dəmirov həmin tarixdə saat 09:10 radələrində zorla Departament rəhbərliyi tərəfindən keçirilən planlaşdırma iclasında işitrak etmək istəmiş, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin daxili intizam qaydalarının 3-cü maddəsinin 1-ci hissəsinin 12-ci (işçi birbaşa və ya yuxarı rəhbərinin qanunauyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməlidir) bəndinin tələblərini qəsdən pozaraq iclası tərk etməmişdir. Onun bu hərəkəti planlaşdırma iclasının ləğv edilməsinə səbəb olmuşdur. Daha sonra Ziyad Dəmirov təkrarən xx.xx.2025-ci il tarixində saat 11:39 radələrinədə rəhbərlik etdiyi Şöbənin əməkdaşları Azad Azayev, Aygün Cəfərova və Toğrul Əşrəfov ilə birlikdə yenidən Departamentin Sərnişin daşımanın təşkili xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Emil İsmayılovun xidməti otağına daxil olmuş, Azad Azayev və Ziyad Dəmirov özlərinə məxsus mobil telefon vasitəsilə audio və video qeydiyyat apararaq Emil İsmayılovun xidməti işinə ciddi maneə törədərək iş prosesini pozmuş, onunla qeyri-etik tərzdə söhbətlər aparmışlar. Nəticədə iş prosesi dayanmış, heç bir iş icra edilməmişdir. Bundan başqa təxminən saat 14:10 radələrində təkrarən Ziyad Dəmirov və Azad Azayev, Departament rəisinin xidməti otağına daxil olmuş, yenidən iş prosesinə mane törədərək yüksək səs tonları ilə qeyri-etik formada Departament rəisinin ünvanına nalayiq ifadələr səsləndirmiş və şəxsi əşyalarını götürmüşlər. Departament rəisi xidməti otağından çıxmış, adıçəkilən şəxslər də onun arxasınca otaqdan dəhlizə çıxmışlar. Daha sonra Departament rəisi xidməti otağına qayıtdıqda qapını bağlamış, lakin Azad Azayev və Ziyad Dəmirov zor tətbiq etməklə otağa daxil olmuş və hərəkətlərini davam etdirmişlər. Bu dəfə də Departament rəhbərliyinin müraciəti əsasında ADY-nin Mühafizə departamentinin əməkdaşları və həmçinin X9 Polis İdarəsinin əməkdaşları Sərnişin daşımaları departamentinə dəvət olunaraq, adıçəkilən şəxsləri Departament rəisinin xidməti otağından təxminən saat 14:35 radələrində kənarlaşdırmışlar. Bu işçilərin pozuntu halları xx.xx.2025-ci il tarixində Departamentin iş prosesini dayandırmışdır. HK-1/19 nömrəli materialda olan 03 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, “Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentində baş vermiş mübahisə faktı əsasında X9 Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində toplanmış HK-1/19 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar HK-1/19 nömrəli material ilə birlikdə məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, şikayətçinin protokolda göstərilən vaxtda, yəni 14 fevral 2025-ci il tarixdə hansı xoşəgəlməz halları etməsi və xuliqanlıq niyyətini ehtiva edən hansı hərəkətləri etməsi müəyyən olunmamışdır. X7 barəsində qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar da heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, xırda xuliqanlıq etməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X3 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Bundan əlavə, X3 “102 Xidmətinə” zəng edərək ona imza çəkilməsi üçün təzyiqlər edilməsi barədə şikayətinə qiymət verilməmişdir. Belə ki, X5 edilmiş təzyiqlər nəticəsində hər hansı hərəkətlər etməsi müəyyən edilərsə, bu fakt sonuncunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan dispozitiv şərtlərini istisna edə bilər. Bundan başqa, HK-1/19 nömrəli material məhkəmə iclasında tədqiq edilərkən həmin materialda izahatı alınmış şəxslərin qeyd etdikləri arasında ziddiyyətlər mövcud olsa da, həmin ziddiyyətlər aradan qaldırılmamış, yalnız formal mülahizələr əsasında qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür.Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X7 tərəfindən AR İXM-nin 510-cu maddəsinin tələblərinin pozulması ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Bu da nəticədə obyektiv həqiqətin müəyyən olunmasında çətinliklər yaratmışdır. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən nöqsanları aradan qaldırmaq üçün şikayət qismən təmin edilməli, Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsinin İTŞ-nin 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXMnin tələblərinə əməl edilməklə əlavə araşdırma aparılması üçün Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün Daxili İşlər Nazirliyi NBPİ X9 Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar