Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1670/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, tələbkar X2, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə xx.xx.1983-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1700/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 bildirdi ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1700/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsində göstərilənlərə əsasən borclu Şəxs xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq Kasanova (Həsənova) İlahə Elman qızına ödənilməli, xx.xx.2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci il tarixədək ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq Kasanova (Həsənova) İlahə Elman qızına ödənilməlidir.İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilmişdir. Lakin onun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmişdir.Borclunun bu günə kimi ödənilməmiş 1070 manat borcu vardır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. Bu səbəbdən borclu Şəxs icra məmurunun qanuni tələbindən yayındığından və aliment borcunun ödənilməsini təmin etmədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1700/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən o, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq Kasanova (Həsənova) İlahə Elman qızına ödəməli, xx.xx.2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci il tarixədək ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq Kasanova (Həsənova) İlahə Elman qızına ödənilməlidir. O, hazırda karantin rejimi ilə əlaqədar işləmir. Aliment pulundan 250 manat ödəmişdir. Borcun ödənilməsindən yayınmır. Qeyd olunanları nəzərə alaraq barəsində olan icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasındatələbkar X7 Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1700/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X6 anası Kasanova (Həsənova) ilahə Elman qızının yanında saxlanılmalı, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq Kasanova (Həsənova) ilahə Elman qızına ödənilməli, xx.xx.2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci il tarixədək Şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq Kasanova (Həsənova) İlahə Elman qızına ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1700/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X5 qızının hesabına 250 manat pul ödəmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1700/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmış, tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişə əsasən borclu Şəxs icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli bildiriş və qərarın surəti borclu Şəxs xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə baxışı zamanı Şəxsnun aliment borcunu ödəməkdən qəsdən (üzrsüz səbəbdən) yayınmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədlərinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, işin materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, borclu aliment borcunun bir hissəsini ödəmiş, qalan hissəsini isə yaxın günlərdə ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №3(006)-1670/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1670/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver