Məhkəmə qərarları › İş №3(006)-1671/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1671/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1671/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X19 Qərarı qəbul etmiş qurum: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 Şikayət vermiş şəxs: X7 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X20 tərəfindən qeyd olunan qərardan verilmiş şikayətdə göstərilmişdir ki, o, ünvan 1 ünvanda fəaliyyət göstərən “Barduck” restoranının sahibidir. X23 Xidmətinin Bakı şəhər İdarəsinin həmin qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə vəzifəli şəxs olaraq 4.000 manat məbləğində cərimə olunub. Cərimə olunmasına səbəb vətəndaş X8 restoranda guya əmək müqaviləsi olmadan işləməsi barədə ərizəsi olmuşdur. Bundan başqa, həmin faktı restoranda işləyən və sonradan üzrsüz səbəbdən işə çıxmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmiş X9 öz ərizəsində təsdiq etmişdir. X23 Xidmətinin Bakı şəhər İdarəsində şikayətə baxılarkən o, bildirmişdir ki, X21 onun restoranında heç vaxt işləməmiş, hər-hansı əmək funksiyasını yerinə yetirməmiş, bu qadını Həlimə Hüseynovanın rəfiqəsi kimi tanıyaraq onun bir neçə dəfə restorana gəlib Həliməni gözləməsini və onların bir yerdə evə getmələrini müşahidə etmişdir. Eyni zamanda qeyd etmişdir ki, Şirinova Sevinc maraqlı şəxs olan və işdən azad olunmuş X2 təhriki ilə ərizə yazmış, bununla Hüseynova Həlimə işdən çıxarılmasının əvəzində ona ziyan vurmaq məqsədi daşımışdır. Müfəttişlikdən xahiş etmişdir ki, restoranın rəsmi işçiləri olan X12, X5 və digərləri dəvət olunub dindirilsinlər. Çünki, onlar təsdiq edə bilərlər ki, Şirinova Sevinc heç vaxt restoranda işləməmişdir. Lakin onun xahişinə məhəl qoyulmamışdır. Hesab edir ki, barəsində 30 mart 2022-ci il tarixli qərar tam ranunsuzdur, qərar qəbul olunarkən qanunvericiliyin tələbləri və sübutlar yox, yalnız X23 Xidmətinin Bakı şəhər İdarəsinin rəisinin şəxsi mülahizəsi əsas götürülüb. X23 Xidmətinin Bakı şəhər İdarəsi bu hərəkətləri ilə öz səlahiyyətlərindən sui-istifadə edərək sahibkarlıqla məşğul olan şəxsin fəaliyyətinə qanunsuz müdaxilə edib. Onun inzibati xətanı törətməkdə heç bir təqsiri yoxdur. Göstərilənləri nəzərə alaraq X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X20 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X22 izahatında bildirdi ki, X21 idarəyə müraciət edərək 14.09.2021-ci il tarixdən X13 məxsus, ünvan 1 ünvanda fəaliyyət göstərən “Barduck” restoranında əmək müqaviləsi bağlanmadan xadimə kimi işə qəbul edilməsini və heç bir səbəb olmadan 11.01.2022-ci il tarixdə işdən çıxarılmasını və 300 manat pulun ödənilməməsini göstərmişdir. Məsələ ilə bağlı araşdırma aparılarkən X10 da Sevinc Şirinovanın izahatını təsdiq etmişdir. Bununla da fərdi sahibkar X13 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olduğundan o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunaraq 4.000 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan:  X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatda qeyd olunur ki, o, 14.09.2021-ci il tarixdən X13 məxsus, ünvan 1 ünvanda fəaliyyət göstərən “Barduck” restoranında əmək müqaviləsi bağlanmadan xadimə kimi işə qəbul edilmiş, heç bir səbəb olmadan 11.01.2022-ci il tarixdə işdən çıxarılmış və 300 manat pulun ödənilməmişdir. Onun restoranda işə cəlb olunduğunu orada çalışan X12 ilə “WhatsApp” proqramı vasitəsilə aparılan yazışmaları təsdiq edə bilər, habelə o, restoranda işləyən kassir X15, qabyuyan X6, ofisiant İlkin Muradovu tanıyır;  X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatda X8 onun işlədiyi, X13 məxsus, ünvan 1 ünvanda fəaliyyət göstərən “Barduck” restoranda 14.09.2021-ci il tarixdən 11.01.2022-ci il tarixədək xadimə kimi çalışdığını göstərmişdir;  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X14 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir;  X12 və X3 məhkəməyə ünvanlanmış ərizələrinin surətinə əsasən bu şəxslər X13 məxsus, ünvan 1 ünvanda fəaliyyət göstərən “Barduck” restoranında işlədikləri və orada heç vaxtı X8 çalışmadığı, onun orada işləyən Həlimə Hüseynovanın yanına gəldiyi və birlikdə evə getdiyi qeyd olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən:  Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə);  İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə);  İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi);  İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X14 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Bununla belə o da aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X8 şikayəti əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmiş, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmişdir. Belə ki, X20 öz müdafiəsi üçün gətirdiyi dəlillərə qiymət verilməmiş, yalnız X8 və X4 izahatları ilə kifayətlənilmişdir. Halbuki, S.Şirinova öz izahatında onun X13 məxsus, ünvan 1 ünvanda fəaliyyət göstərən “Barduck” restoranında işə cəb edilməsini X10 ilə yanaşı orada çalışan X12 ilə “WhatsApp” proqramı vasitəsilə aparılan yazışmaların təsdiq edə biləcəyini, habelə restoranda işləyən kassir X15, qabyuyan X6 və ofisiant İlkin Muradovu tanıdığını söyləmişdir. X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən isə həmin hallara diqqət yetirilməmiş, qeyd olunan yazışmalar əldə edilməmiş, həmçinin göstərilən şəxslər müəyyən olunub məsələyə dair izahatları alınmamış, bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə tam əməl olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar