Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1679/2020 11.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Zəngilan rayonu, Zəngilan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs etibarnamə əsasında idarə etdiyi “MİTSUBİSHİ LANCER-GL” markalı, **-DO- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindən üzü 28 May istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi «Jonway Boston» markalı mopedi arxa hissəsindən vurmuş, nəticədə sonuncu ehtiyatsızlıqdan yüngül dərəcəli bədən xəsarəti almışdır. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş təhqiqatçısı Babək Mirzəyevin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, etibarnamə əsasında idarə etdiyi “MİTSUBİSHİ LANCER-GL” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindən üzü 28 May istiqamətində hərəkətdə olarkən sola dönmək istəyən «Jonway Boston» markalı mopedin arxa hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuşdur. Hadisə nəticəsində mopedin sürücüsü Zərərçəkmiş şəxs mopedlə birlikdə yerə yıxılsa da, sonuncu hadisə yerinə gələn polis əməkdaşlarına bədən xəsarəti almadığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Maddi imkanı olmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə cərimə ödəyə bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polis şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş sxemə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindən üzü 28 May istiqamətində “MİTSUBİSHİ LANCER-GL” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Jonway Boston» markalı moped toqquşmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi” Publik hüquqi şəxsin Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 405 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol pəncənin hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi (dərialtı hematoması), döş qəfəsinin arxa səthinin, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, sağ əlin, sağ diz oynağı nahiyəsinin və sol baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, onun tibbi yardım üçün Elmi Tədqiqat-Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamləğa yüngül zərər vurmaya aiddirlər; - Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli izahatından görünür ki, onun heç bir şikayəti yoxdur, ona vurulmuş zərər ödənilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinə görə sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xəta nəticəsində vurulmuş zərərin aradan qaldırılmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun vəziyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1679/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1679/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver