Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1681/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X1 Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət və digər materiallar natamam olduğuna və düzgün tərtib edilmədiyinə görə geri qaytarılmalıdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-4837/2024 saylı qərarı ilə Bakı şəhər X4 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar artıq mövcud deyildir. Belə olan halda, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətə baxılması mümkün deyil. Şikayət ərizəsinin məzmunundan və iş materiallarından müəyyən olunmuşdur ki, Bakı şəhər X4 İdarəsi tərəfindən X2 barəsində yeni qərar qəbul edilmişdir. Lakin iş materiallarına həmin qərar əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 106.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olması məsələsini həll edir; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; Buna görə də məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109, 114 və 118-ci maddələrinə əsasən, QƏRARA ALDİM: X1 Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1681/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1681/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver