Məhkəmə qərarları › İş №3(006)-1682/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1682/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1682/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi – Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, icra vərəqəsi üzrə borclu Şəxs MTK-nın nümayəndəsi - X1 iştirakları ilə, Vəzifəli şəxs - Şəxs (bundan sonra – MTK) rəhbəri X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXMin) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin böyük icra məmuru X8, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-494/2022-032 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-469/2023-023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Şəxs MTK-nın rəhbəri X7 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin böyük icra məmuru X8 izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-494/2023-032 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs MTK-ya, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «çatışmayan mənzil sahəsinin dəyərinin qaytanlması» tələbinə dair iddiası qismən Bakı şəhəri, Xətai prospekti, 38-də inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 saylı mənzilə 3,75 m2 çatışmayan mənzil sahəsinə görə 2700 manat məbləğində pul vəsaiti borclu Şəxs MTK-dan alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmçinin 100 manat məbləğində pul borclu Şəxs MTK-dan tutularaq dövlət hesabına ödənilməlidir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-468/2023 sayl, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın 56 saylı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışın alınması üçün mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqı tam ödənilməsi barədə arayış iddiaçı Zərərçəkmiş şəxs təqdim edilməsi öhdəliyi cavabdeh Şəxs MTK-nın üzərinə qoyulmuşdur. Bu icra vərəqəsi üzrə də 100 manat məbləğində pul borclu Şəxs MTK- dan tutularaq dövlət hesabına ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə borcluya göndərilmiş, könüllü müddət ərzində məhkəmə qərarı icra edilmədiyi üçün borclu Şəxs MTK-nın rəhbəri X3 inzibati məsuliyyət barədə xəbərdarlıq göndərilərək icra sənədinin icrasının təmin olunması tələb olunmuşdur. Şəxs MTK icra vərəqəsini icra etməməmiş, müxtəlif bəhanələr gətirərək icra vərəqəsini icra etməkdən yayındığına görə borclunun rəhbəri - vəzifəli şəxs barəsində inzibati tənbeh tədbirinin tətbi edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra vərəqəsi üzrə borclu Şəxs MTK-nın nümayəndəsi X4 izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-494/2022- 032 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsində qeyd olunan sənədlər tələbkarın nümayəndəsi A.Ağayevə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və icra işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-469/2023- 023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə münasibətdə isə 2700 manat məbləğində pul vəsaitinin yaranmasına səbəb olan çıxarış və texniki pasportun ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olmuş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Qeyd olunanlara əsasən hazırkı vəziyyətdə nümayəndəsi olduğu hüquqi şəxsin rəhbərinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra vərəqəsi üzrə borclu və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra vərəqəsi üzrə borclu və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəzifəli şəxs X3 hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi hallar mövcud deyil və bu səbəbdən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-469/2023 nömrəli icra vərəqəsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın 56 saylı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqı tam ödənilməsi barədə arayışı iddiaçı Zərərçəkmiş şəxs təqdim edilməsi öhdəliyinin cavabdeh Şəxs Mənzil Tikinti Kooperativin üzərinə qoyulması qərara alınmışdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs MTK-nın rəhbəri X5 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-469/2023 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-494/2022 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs MTK-ya, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çatışmayan mənzil sahəsinin dəyərinin qaytarılması” tələbinə dair iddiası qismən - Bakı şəhəri, Xətai prospekti 38-də inşa edilmiş yaşayış kompleksinin 02 blokunun 12-ci mərtəbəsində yerləşən 307 saylı mənzilə görə 3,75 m2 çatışmayan mənzil sahəsinə görə 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Şəxs MTK- dan alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs MTK-nın rəhbəri X5 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-494/2022 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Şəxs MTK-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Şəxs MTK-dan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-494/2022 saylı icra sənədinin icrası tələb edilmiş və həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-494/2022 saylı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-469/2023 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Elektron İcra Sisteminin vergi məlumatlarına dair çıxarışından görünür ki, Şəxs MTKnın rəhbəri X6r. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13739/2023 saylı qərardadından görünür ki, iddiaçı Şəxs MTK-nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi və s.” tələbinə dair iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1146/2024 saylı elektron məhkəmə bildirişindən görünür ki, iddiaçı Şəxs MTK-nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi və s.” tələbinə dair iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 17:00-a təyin edilmişdir. Elektron məhkəmə sisteminin axtarış çıxarışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1146/2024 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılmış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13739/2023 saylı qərardadı tam ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». 28.2-ci maddəsinə görə icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. 84.1-ci maddəsinə əsasən «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, borclu Şəxs MTK-nın rəhbəri X7 tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsindən ibarət hər hansı bir qərəzli hərəkət edilməmiş, əksinə xx.xx.2024-cü il tarixli 16 saylı maliyyə arayışı, Şəxs MTK-nın üzvlərinin ümumi yığıncağının 239 saylı protokol, Bakı şəhəri İcra Hakimiyyəti memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər Ərazisinin tikinti-planlaşdırma idarəsinin MTK tərəfindən tikilmiş binaya ünvan təyin edilməsi barədə məktub və binanın istismara icazə verilməsi barədə siyahı icra orqanın təqdim edilmiş, Zərərçəkmiş şəxs nümayəndəsi Ağayev Ağa tərəfindən 12 mart 2024-cü il tarixdə şəxsən imza edilməklə təhvil alınmışdır. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-494/2022 saylı icra vərəqəsinin icrasına dair məsələ ilə bağlı isə qeyd edir ki, 2700 manat məbləğində pul vəsaitinin tutulmasına səbəb olan çıxarış və texniki pasportun ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, iddia tələbi mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1146/2024 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13739/2023 saylı qərardadı tam ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırkı halda borclu Şəxs MTK-nın rəhbəri X7 hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi halının mövcud olmadığı, onun hərəkətlərində inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs MTK-nın rəhbəri tərəfindən icra sənədi (Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-469/2023 nömrəli icra vərəqəsi) ilə müəyyən edilmiş sənədlər toplusunun tələbkara verilməsi təmin olunmaqla, digər icra sənədi üzrə (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-494/2022 saylı icra vərəqəsi) yaranmış borca əsas olan çıxarış və.s-nin ləğv edilməsinə dair birinci instansiya məhkəməsində iddiaya baxıldığına görə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan borclu Şəxs MTK-nın rəhbəri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs - Şəxs MTK-nın rəhbəri X3 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar