Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1684/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlu, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdə keçirib hesab edir ki, X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə həmin şəxsə geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarı X2 barəsində qəbul edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən isə nəqliyyat vasitəsinin sahibi kimi X3 göstərilmişdir. Azərbaycan Respublikası İXM-in 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş üzrə qərardan şikayət vermək hüququ mövcuddur. Göründüyü kimi, inzibati xətalara dair qanunvericiliyə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan şikayət verməklə bağlı subyektiv hüququ mövcud olmadığından onun şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair X1 şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan onu verən şəxsə qaytarılsın. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1684/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1684/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver