Məhkəmə qərarları › İş №3(006)-1684/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1684/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1684/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X2 Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş EPQ ******* nömrəli, 18 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş materialları məhkəmə iclasında baxılmağa hazırlayarkən, m ü ə y y ə n e t d i m: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş EPQ ******* nömrəli, 18 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş EPQ ******* nömrəli, 18 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Həmin qərardan şikayət vermə müddətinin ötürülməsi müəyyən olunmuş və üzürlü səbəblərdən şikayət vermə müddətinin ötürülməsinə dair şikayət ərizəsində hər hansı sübut təqdim olunmamışdır. Arazbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Arazbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X2 Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş EPQ ******* nömrəli, 18 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Arazbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair əsaslı sübut təqdim edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Arazbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş EPQ ******* nömrəli, 18 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar