Məhkəmə qərarları › İş №3(006)-1691/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1691/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1691/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: böyük icra məmuru X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Masallı rayonunun Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 4541/2023 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla asfalt örtüklü 1-ci hissə (hər hansı bir hüquq tanımadan), “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv.m olan qeydə alınmayan tikili iddiaçı X4 (faktiki 602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə (hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlükdə cavabdeh X7 bölünərək verilməlidir. Məhkəmə qərarının icrası ilə bağlı Şəxs əmlak kompleksindən özünə məxsus əşyaları götürmək üçün verilmiş vaxt ərzində icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, eyni zamanda qeyri-yaşayış sahəsini yararsız vəziyyətə salmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X5 izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 4541/2023 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla asfalt örtüklü 1-ci hissə (hər hansı bir hüquq tanımadan), “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv.m olan qeydə alınmayan tikili iddiaçı X4 (faktiki 602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə (hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlükdə cavabdeh X7 bölünərək verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən əmlak kompleksinə baxış keçirilmişdir. Borclunun nümayəndəsi borclunun xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasında olduğunu və iki həftə ərzində Bakı şəhərinə qayıdacağını bildirmişdir. Bununla bağlı icra sənədinin icrası xx.xx.2024-cü il tarixə təxirə salınmış, bu barədə tərəflərə məlumat verilərək müvafiq akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixə icra sənədinin icrası ilə əlaqədar həmin ünvanda yerləşən əmlak kompleksinə baxış keçirilən zaman tərəflər arasında söhbət aparılmış və yerlərin boşaldılmasına başlanılmışdır. Qeyri-yaşayış sahəsində fəaliyyət göstərən icarəçilərin özlərinə məxsus əşyaların tam boşaldılaraq obyektin təhvil verilməsi üçün vaxt istənilmişdir. Ərazidə əşyaların və avadanlıqların olduğunu nəzərə alınaraq 3 gün vaxt verilmişdir. Borclu tərəfə və qeyri-yaşayış sahəsinin icarəçiləri X6 və Şəxs tələbkara aid hissənin boşaldılaraq təhvil verilmədiyi təqdirdə məcburi qaydada icra olunacağı barədə xəbərdarlıq olunmuş və bu barədə müvafiq akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə icra yerində olarkən H.Hüseynovaya məxsus yerdən avtoservis hissənin damının, qapıların, mərmər sexi olan hissəsənin giriş qapısının, həmçinin içəridə olan ikimərtəbəli ofisin şüşələrinin, qapıların, sanitar qovşağın və işıq naqillərinin sökülüb aparıldığı aşkar olunmuşdur. Bununla da qeyri-yaşayış sahəsinin tələbkar H.Hüseynovaya məxsus hissəsi yararsız vəziyyətə salınmışdır. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, ünvan 1 ünvanda yerləşən əmlak kompleksində yerləşən mərmər sexində mərmər kəsən avadanlığı işlədir və onların satışı ilə məşğul olur. Bu sexin müdiri tələbkar X3 oğlu Əli Vəliyevdir. xx.xx.2024-cü il tarixdə icra məmurları həmin sexə gələrək oranın boşaldılmasını tələb edərək 3 gün vaxt vermişlər. O da həmin günü öz əşyalarını götürsə də, əlavə qüvvə lazım olduğundan mərmər kəsən avadanlığı götürə bilməmiş, eyni zamanda bacısı oğlunun sünnət toyu məclisində iştirak etmək üçün axşam saatlarında Masallı rayonuna getmişdir. xx.xx.2024-cü il tarixdə isə Bakıya qayıdaraq sexdən bu avadanlığı götürmək istəyərkən orada qapı, şüşə və işıq naqillərinin söküldüyünü aşkar etmişdir. Qeyd edir ki, onun bu məsələdən xəbəri yoxdur, obyektdə hər-hansı söküntü işi ilə məşğul olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirirək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 4541/2023 saylı icra vərəqəsinin icra ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı müəyyən edilmir. Belə ki, onun tərəfindən icra sənədinin icrası məqsədilə hərəkətlər edilərək Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A saylı ünvanda yerləşən əmlak kompleksində yerləşən mərmər sexində özünə məxsus əşyalar müəyyən edilmiş vaxt ərzində demək olar ki, daşınmış, orada yalnız ağır avadanlıq qalmışdır ki, onu da o, götürmək üçün gələndə obyektin qapı, şüşə və işıq naqillərinin söküldüyünü aşkar etmişdir. İcra məmuru tərəfindən isə bilavasitə Şəxs tərəfindən bu obyektin zədələyərək belə hərəkətlər etməsinə dair təkzibedilməz dəlillər məhkəmə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar