Məhkəmə qərarları › İş №3(006)-17/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-17/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-17/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (Xidmət) Bakı Regional İdarəsi onun barəsində inzibati xəta haqqında 25 sentyabr 2024-cu il tarixli MN ******* saylı protokol tərtib etmişdir. Protokolda qeyd edilmişdir ki, ünvan 1-də abidə-binanının (İNV: 3098) 13 nömrəli mənzildə xx.xx.2024 saat 13:48-də “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” AR Qanununa uyğun olaraq razılaşdırılmamış söküntü işləri aparılmış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Xidmətin inzibati tənbeh vermə haqqında 09 oktyabr 2024-cü il tarixli MN ******* saylı qərarı ilə o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) qismində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə şikayət verilmişdir. Xidmətin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində qəbul edilmiş 09 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024 tarixində təqdim edilmişdir. Qərarı qanunsuz və əsassız hesab edir. İnzibati xəta haqqında protokol və qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin istisnasız olaraq bütün hüquqları pozulmaqla tərtib edilmiş, icraatın bu mərhələsində dinlənilmək hüququ təmin edilməmişdir. İnzibati xətalar haqqında protokolu tərtib etmiş vəzifəli şəxs AR İXM-nin 14cü fəslində nəzərdə tutulmuş “inzibati xəta haqqında iş üzrə icraata başlama” mərhələsi və qərar qəbul etmiş vəzifəli şəxs AR İXM-nin 15-ci fəslində nəzərdə tutulmuş “İnzibati xəta haqqında işlərə baxılması" mərhələsi üçün xeyrinə təsbit edilmiş heç bir hüququ təmin etməmiş, protokolu və qərarı iştirakı olmadan tərtib etmişdir. Xidmət tərəfindən dinlənilmək hüququnun təmin edilməsi barədə heç bir sübut mövcud deyil. Protokol tərtib edildikdən sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən işə baxılma haqqında məlumatlandırılmamışdır. Ümumiyyətlə iş üzrə sənədləri yalnız qərar qəbul ediləndən sonra tələb etməklə şəxsən almışdır. Bu barədə Xidmətdə məlumatlar var. O, isə nə işin baxılma vaxtı barədə, nə də ki baxılma yeri barədə rəsmi qaydada məlumatlandırılmamışdır. Nəticədə isə işin baxılması zamanı iş materialları tanış olmaq, etiraz təqdim etmək, izahat vermək kimi hüquqları təmin edilməmişdir. Bu isə işə baxılarkən onun Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarını pozmuşdur. Qərardan görünür ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş xəta törətməkdə iddiham edilir. Qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən binanının (İNV: 3098) 13 nömrəli mənzilində sökülmə və yeni qurluşa salınma iddia edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısfna əsasən müəyyən edilir ki, 3098 inventar nömrəli, ünvan 2 ünvanında yerləşin abidə yaşayış evidir. Qeyd etmək lazımdır ki, həmin abidə, yəni yaşayış evi nə sökülməmiş, nə məhv edilməmiş, nə parçalanmamış, yeni quruluşa salınmamış, başqa yerə köçürülməmiş və ya zahiri görkəmi dəyişdirilməmişdir. Tərəfindən 3098 inventar nömrəli, ünvan 2 ünvanında yerləşin yaşayış evində deyil, onun tərkib hissəsi olan mülkiyyətində olan mənzildə təmir işləri aparılmışdır. Bu isə nə abidənin sökülməsidir, nə də ki, yeni qurluşa salınmasıdır. Hesab edir ki, 3098 inventar nömrəli, ünvan 2 ünvanında yerləşən yaşayış evin sökülməsi və yeni quruluşa salınmasını sübut edən hər hansı bir mötəbər sübut yoxdur. Mənzilin təmiri 3098 inventar nömrəli, ünvan 2 ünvanında yerləşin yaşayış evinin sökülməsi və ya yeni qurluşa salınması hesab edilə bilməz. Digər tərəfdən protokolda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq razılaşdırılmamış söküntü işləri aparılmasına istinad edilmişdir. AR İXM-nin 231.3-cü maddəsinə əsasən mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulması inzibati xətadır. Bu baxımdan Xidmətin yanaşması ən azı çaşqınlıq yaradır. Bununla belə, AR İXM-nin 231.3-cü maddəsinin də hazırkı iş üzrə tətbiqi yuxarıda istinad edilmiş əsalarla mümkün deyil. Digər tərəfdən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddənin ikinci hissəsində, 25-ci maddənin altıncı hissəsində bütün işlərdən deyil, abidənin üzərində görülən işlərdən söhbət gedir. Belə ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddənin ikinci hissəsinə əsasən abidələrin üzərində aparılacaq işlərin layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 25-ci maddənin altıncı hissəsinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır. Göründüyü kimi bu halda da təmir işləri abidənin üzərində işlər kimi təqdim edilə bilməzdi. Lakin, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri barədə qərarda heç bir məlumat yoxdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında 09 oktyabr 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilən orqanın nümayəndəsi X9 bildirmişdir ki, 3098 inventar nömrəli, ünvan 2 ünvanında yerləşən bina tarixi binadır və həmin binanın qorunası üçün hər bir sakinlə ayrıca müqavilə bağlanmışdır. “Tarix və mədəniyyət: abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinə əsasən abidənin üzərində aparılacaq işlərin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiq edilir. Lakin, X7 tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən icazə alınmadan binanın planında dəyişiklik edilərək qanunsuz söküntü və tikinti işləri aparılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşın (abidə mühafizəçisi) avqust ayında həmin ünvana baxış keçirtmiş, evdə işləyən fəhlələrə abidələrin qorunması ilə bağlı qanunvericiliyin tələblərinin izahından ibarət bildiriş təqdim edilmişdir. Həmçinin, X7 ilə əlaqə yaradaraq ona qanunvericiliyin tələbləri izah edilmiş, işlərin dayandırılması xahiş edilmiş, işləri dayandırmadığı təqdirdə barəsində protokol tərtib ediləcəyi bildirmişdir. Bütün xəbərdalıqlara baxmayaraq 24 sentyabr 2024-cü il tarixində yenidən həmin binaya baxış keçirilən zaman X3 məxsus mənzildə artıq ciddi söküntü işlərinini aparıldığı aşkar edilmişdir. Buna görə də, X3 qanunsuz aparılan təmir, bərpa işləri ilə bağlı akt tərtib edildiyi və barəsində protokol tərtib ediləcəyi bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən X7 barəsində 25 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş 09 oktyabr 2024-cü il tarixli qərar ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. X1 Nazirliyinə müraciət edərək X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən onun barəsndə tərtib olunmuş 2024-cü il 9 oktyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə tərtib edilmiş 2024-cü il 25 sentyabr tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edildiyi bildiriş, abidəyə baxışın keçirilməsinin nəticəsi barədə 2024-cü il 24 sentyabr tarixli aktın surəti aidiyyoti fotoşəkillərlə birlikdə vətəndaşa 2024-cü il 26 sentyabr tarixdə 3-24-1/2-05-H-5xx/xx/2024 nömrəli məktubla ünvan 4 ünvanına göndərilmişdir. Buna görə də, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri X8 28 noyabr 2024cü il tarixli qərarı ilə X7 barəsində qəbul edilmiş 2024-cü il 9 oktyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərin nəzərə alınaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Texniki Parportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 111, mənzil 13 (yeni qaydalarla ünvan 5 ünvanının hüquq subyekti X4r. İş materiallarında olan X7 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X7 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ərizə ünvanlayaraq ünvan 6inin aparılması üçün icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “Vətəndaş müraciətinin baxılması nəticəsi barədə” Ceyhun Hüseyzadəyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Tarix və mədəniyyət: abidələrinin qorunması haqqında” Azərbayc Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinə əsasən abidənin üzərində aparılacaq işlərin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Mədəniyyət Nazirliyi (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla) tərəfindən təsdiq edilir. Görüləcək təmir-bərpa işlərinə dair AZS ГОСТ 21.101- 2010 standartlarına cavab, verən layihə, mövcud vəziyyəti göstərən cizgilər, görüləcək işlər barəsində izahat yazısı və fotoşəkillər qısa bir zamanda Dövlət Xidmətinə təqdim olunduqdan sonra məsələyə baxılacaqdır. Sənədlərin hazırlanması ilə bağlı konsultasiya üçün müvafiq sahədə böyük təcrübəyə malik “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmasını tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2024-cü il tarixli Aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş ünvan 7 ünvanında yerləşən binanın (3098 invertar nömrəli) 13 nömrəli mənzilində xx.xx.2024-cü il saat 13:48-də “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılma olmadan söküntü işlərinin aparılması faktı aşkar edilmişdir. Söküntü işləri çərçivəsində aşağıdakı işlər həyata keçirilmişdir: - Otaqlar arası arakəsmə divariar sökülmüş; - Mənzilin planınında dəyişklik edilmiş; - Eyvanda söküntü işləri aparılmış; - Sanitar qovşaq tamamilə sökülmüş; - Döşəmələr sökülmüş; - Görülən işlər razılaşdırılmış layihə olamdan həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüş, Ba şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 111 ünvanında yerləşən binanın (3098 inventar nömrə 13 nömrəli mənzilində “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq razılaşdırılmadan söküntü işlərinin aparılma müəyyən olunmuşdur. Qeyd olunan faktla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 231.2-ci maddəsinə əsasən, barəsində 2024-cü il 25 sentyabr tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində Məcəllənin 60-cı maddəsinə uyğun olaraq, işə baxılmasının vaxtı və yeri barədə bildiriş vasitəsilə xəbərdar edilmiş və işə baxılmasında iştirak etmək üçün çağırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na əsasən ünvan 7 ünvanında yerləşən yaşayış evi yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüş və ona 3098 inventar nömrəsi verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, qanunvericiliyin qeyd olunan tələblərinə baxmayaraq X7 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş ünvan 7 ünvanında yerləşən binanın (3098 invertar nömrəli) 13 nömrəli mənzilində xx.xx.2024-cü il saat 13:48-də “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılma olmadan söküntü işləri aparılmışdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin Qanunun 11-ci maddəsinə görə mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Qanunun 25-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaatmöhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayətçi X7 tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 231.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu məqamda məhkəmə xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Göründüyü kimi, X7 tərəfindən qanun pozuntusuna yol verilməsi faktı müəyyən edildiyindən qeyd olunan əməlin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsinin tərkibinin yaratması iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X2 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar