Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1703/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Şikayətçi: X1 iştirakları ilə Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19112819 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19112819 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilir ki, X1 xx.xx.2024-cü il tarixdə, saat 06:48-də İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələrinə əsasən 300 manat miqdarında cərimə edilməsinə dair elektron qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk növbədə onu qeyd etmək istəyir ki, həmin qərarın surəti ona 15 aprel 2024-cü il tarixli məktubla 17 aprel 2024-cü il tarixdə e-mail vasitəsi ilə göndərilmişdir. Qərar qüvvəyə minmiş və dəbbə pulu hesablandıqdan sonra nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Nəticədə belə bir qərarın mövcudluğundan yol polisi əməkdaşlarının nəqliyyat vasitəsini saxladıqdan sonra məlumatı olmuş, mobil telefona “sms radar” proqramı yüklədikdən sonra qərarın seriya və nömrəsini əldə etmişdir. “Sms radar” proqramında həmin elektron qərarlara əlavə edilmiş fotoşəkillərdən aydın olaraq görünür ki, nəqliyyat vasitəsi ümumiyyətlə hərəkət halında deyil, yol kənarında park edilmişdir. Yəni nəqliyyat vasitəsinin onun tərəfindən idarə edildiyini sübut edən hər hansı bir hal mövcud deyil. Belə ki, nəqliyyat vasitəsi onun mülkiyyətində olduğundan o, avtomobildə olarkən sürücülük hüququ olan hər bir şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi tam olaraq qanunidir. Onun mülkiyyətində olan **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsinə dair "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədə olan etibarnamə mövcuddur və həmin etibarnamə üzrə yol vərəqəsi yazılmaqla istənilən şəxs həmin nəqliyyat vasitəsini qanuni olaraq idarə etmək səlahiyyətindədir. Beləliklə mövcud inzibati xəta haqqında qərar bu tələblər pozularaq qəbul olunmuşdur. Göstərilənlərə əsasən Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19112819 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19112819 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 00:27-də Bakı şəhəri, R.Behbudov küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsində (Bakıxanov ist2) “Lexus GS350” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə, habelə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir; • 21.08.2018-ci il tarixli, AD 295287 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus GS350” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 məxsusdur və bu avtomobil xx.xx.2020-ci il tarixli etibarnamə ilə xx.xx.2027-ci il tarixədək idarə edilməsi üçün "xxxx" MMC-yə verilmişdir. Beləliklə müəyyən edilir ki, “Lexus GS350” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir və bu avtomobil etibarnamə ilə xx.xx.2027-ci il tarixədək idarə edilməsi üçün "xxxx" MMC-yə verilmişdir. Belə olan halda həmin nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə X3 tərəfindən idarə olunub-olunmamasını hazırki mərhələdə müəyyən etmək mümkün deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19112819 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.6-cı maddə); • İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər (134.1.4-cü maddə). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19112819 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1703/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1703/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver