Məhkəmə qərarları › İş №3(006)-1704/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1704/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1704/2020 10.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxxxxxxxxx» X1 nümayəndəsi X3 iştirakı ilə, «xxxxxxxxxxx» X2 barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, «xxxxxxxxxxx» MMC “Mercedes S500” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxx 2020-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi E.F.Əkbərov bildirmişdir ki, «xxxxxxxxxxx» MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Nəsimi RPİ-nin DYPŞ-nin müvafiq sorğusu xx xxxxx 2020-ci il tarixdə MMC-nin məsul şəxsi tərəfindən qəbul edilmiş və xx xxxxx 2020-ci il tarixdə, yəni qanunvericiliklə nəzərdə tutulmuş 5 günlük müddət ərzində həmin sorğuya lazımi qaydada cavab verilmişdir. Hazırda həmin halı təsdiq edən sənədləri də məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq,«xxxxxxxxxxx» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib,toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «xxxxxxxxxxx» MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan «xxxxxxxxxxx» MMC-yə ünvanlanmış xx xxxx 2020-ci il tarixli sorğuya dair Daxili İşlər Nazirliyinin DYP web portalından çıxarışdan görünür ki, həmin MMC-nin mülkiyyətində olan “Mercedes S500” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı, yəni xx xxxx 2020-ci il tarixdə idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu xx xxxxx 2020-ciil tarixdə «xxxxxxxxxxx» MMC-nin məsul şəxsi tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş«xxxxxxxxxxx» MMC-nin Nəsimi RPİ-nin DYPŞ-nə ünvanladığı xx xxxxx 2020-ci il tarixli, 72 saylıməktubdan görünür ki, Nəsimi RPİ-nin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixdə, saat 13:31 radələrində şirkətə məxsus “Mercedes S500” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili X4 (sürücülük vəsiqəsi AC 514072, verilmə tarixi xx/xx/2014) idarə etməsi barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş 129072 saylı göndəriş qaiməsindən görünür ki, «xxxxxxxxxxx» MMC tərəfindən Nəsimi RPİ-nin DYPŞ-nə ünvanlanmış müvafiq məktub xx xxxxx 2020-ci il tarixdə sonuncuya çatdırılmışdır. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, məhkəmə iclasında isə müəyyən edilmişdir ki, «xxxxxxxxxxx» MMC-nin məsul şəxsi məktubu rəsmi şəkildə aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə nəqliyyat vasitəsinin kimin istifadəsində olması barədə məlumatlar Nəsimi RPİ-nin DYPŞ-nə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də,«xxxxxxxxxxx» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «xxxxxxxxxxx» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar