Məhkəmə qərarları › İş №3(006)-1704/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1704/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1704/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19070058 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 barəsində Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19070058 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:49-da barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddəsinə əsasən 300 manat miqdarında cərimə edilməsinə dair elektron “qərar” qəbul edilmişdir. Qərar bugünə qədər rəsmi qaydada ona təqdim edilmədiyi kimi elektron kabinetə də yüklənilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk növbədə onu qeyd edir ki, həmin qərann surəti ona 15 aprel tarixli müşayiət məktubu ilə 17 aprel 2024-cü il tarixdə mail vasitəsi ilə gödərilmişdir. Qərar qüvvəyə minmiş və dəbbə pulu hesablandıqdan sonra nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Nəticədə belə bir qərarın mövcudluğundan Yol Patrul Xidmətinin əməkdaşlarının nəqliyyat vasitəsini saxladıqdan sonra məlumatı olmuşdur. Bundan sonra mobil telefonuna “sms radar” proqramı yüklədikdən sonra qərarın seriya və nömrəsini əldə etmişdir. Əlavə olaraq bildirir ki, sms radar proqramında həmin elektron qərarlara əlavə edilmiş fotoşəkillərdən aydın olaraq görünür ki, nəqliyyat vasitəsi ümumiyyətlə hərəkət halında deyil, yol kənarında park edilmişdir. Yəni nəqliyyat vasitəsinin onun tərəfindən idarə edildiyini sübut edən hər hansı bir hal mövcüd deyildir.(Şəkil şikayətə əlavə olunmuşdur). Belə ki, nəqliyyat vasitəsi onun mülkiyyətində olduğundan o, avtomobildə olarkən sürücülük hüququ olan hər bir şəxs tərəfindən nəqliyyat vasitənin idarə edilməsi tam olaraq qanunidir. Digər bir əsası da odur ki, onun mülkiyyətində olan **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsinə dair "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədə olan etibarnamə mövcuddur və həmin etibarnamə üzrə yol vərəqəsi yazılmaqla istənilən şəxs həmin nəqliyyat vasitəsini qanuni olaraq idarə etmək səlahiyyətindədir. Beləliklə mövcud inzibati xəta haqqında qərar bu tələblər pozularaq qəbul olunmuşdur. Ona görə də qanunsuzdur. Göstərilənlərə əsasən Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19070058 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19070058 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024cü il tarixdə, saat 11:49-da Bakı şəhəri, Nəsibbəy Yusifbəyli küçəsində “Lexus GS350” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini dayanma qaydalarını pozmağa görə idarə etdiyinə, habelə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AD 295287 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus GS350” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 məxsusdur və bu avtomobil xx.xx.2020-ci il tarixli etibarnamə ilə xx.xx.2027-ci il tarixədək idarə edilməsi üçün "xxxx" MMC-yə verilmişdir. Beləliklə müəyyən edilir ki, “Lexus GS350” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir və bu avtomobil etibarnamə ilə xx.xx.2027-ci il tarixədək idarə edilməsi üçün "xxxx" MMC-yə verilmişdir. Belə olan halda həmin nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə X3 tərəfindən idarə olunub-olunmamasını hazırki mərhələdə müəyyən etmək mümkün deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19070058 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19070058 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar